“İdmançılarımıza hünər meydanında ruh verən qüdrətli Azərbaycandır”

“Aprelin 11-də keçiriləcək prezident seçkilərində hamımız bir nəfər kimi təmsil olunub müasir, müstəqil Azərbaycanın daha xoşbəxt gələcəyi naminə səs verəcəyik.

Bu gün dinamik inkişafı və gələcək perspektivləri ilə fəxr etdiyimiz ölkəmizin müstəqilliyinin bərpasından ötən illər ərzində görülən işlərin miqyasına diqqət etdikdə, çox böyük bir mərhələ adladığımızı görürük. Bütün sahələrdə başlanan quruculuq-bərpa işləri ölkəmizə tarixin heç bir dövründə şahidi olmadığımız böyük güc bəxş etmişdir. Azərbaycan beynəlxalq miqyasda ən sürətlə inkişaf edən dövlətlərdən biri kimi tanınmışdır.  Ötən illər respublikamız üçün bütün sahələrdə uğurlu olmuşdur”.

Olimpiya çempionu Rəfiqə Şabanova bu sözləri ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini qəzetimizlə bölüşərkən dedi. O, Azərbaycanın bugünkü inkişafının böyük perspektivlər vəd etdiyini bildirdi: “Tarixə nəzər salsaq görərik ki, xalqın, dövlətin taleyi siyasi rəhbərin şəxsiyyətindən, idarəetmə qabiliyyətindən çox asılıdır. Bildiyiniz kimi, ölkəmiz üçün müstəqilliyimizin bərpasının ilk illəri çox ağır keçdiyindən işğalçı Ermənistan tərəfindən torpaqlarımız zəbt edilmiş, xalqımız soyqırımına məruz qalmış, 1 milyona yaxın vətəndaşımız dədə-baba torpaqlarından didərgin salınmışdır. Həmin dövrdə ölkəmizdə xaos, qarışıqlıq, hətta müstəqilliyimizi itirmək, parçalanmaq təhlükəsi yaratmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan çox böyük çətinliklə yenidən ayağa qalxmış, düşməni məyus edərək nəinki müstəqilliyini möhkəmlətmiş, qısa müddət ərzində dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın sürətli inkişafı böyük perspektivlər vəd edir. Bu gün Azərbaycan Ordusunun maddi-texniki təminatı son dərəcə inkişaf edib və bu güclü ordu istənilən vəzifəni uğurla yerinə yetirə bilər. Ötən il şanlı Aprel döyüşlərində  müzəffər ordumuz düşmənə böyük məğlubiyyət yaşatmaqla  gücünü nümayiş etdirdi. Xalqımız torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə əmindir”.

Rəfiqə xanım qeyd etdi ki, idman ictimaiyyəti seçkilərə böyük ruh yüksəkliyi ilə hazırlaşır: “Seçkilərdə iştirak etmək vətəndaşlıq borcumuzdur. İdmançılarımız həmişə öndə getməyə çalışmış, fəallıqları ilə diqqət çəkmişlər. Bu, təsadüfi deyil. Təkzibolunmaz faktdır ki, idmançıların qələbə çalması üçün təkcə fiziki cəhətdən güclü olmaları yetərli deyil. Beynəlxalq arenalarda dəfələrlə şahidi olmuşuq ki, idmançı fiziki qüvvəsi ilə yanaşı, güclü iradəsi, mübariz ruhu ilə rəqibinə qələbə çalır. Gənclərimiz mübariz, güclü ruha malik vətənpərvərdirlər. İdmançılarımıza hünər meydanlarında ruh verən, qələbələrə səsləyən bugünkü qüdrətli Azərbaycandır. Aprelin 11-də idmançılarımız böyük ruh yüksəkliyi ilə prezident seçkilərində iştirak edib, layiqli namizədə səslərini verəcəklər”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında