11 aprel prezident seçkilərinin demokratik keçirilməsi üçün ölkəmizdə hər cür şərait var

Respublikamızda demokratik seçki qanunvericiliyinin olması, seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə reallaşdırılması təcrübəsinin mövcudluğu 11 aprel prezident seçkilərinin də  xalqımızın iradəsini ifadə edəcək formada keçiriləcəyi əminliyini yaradır. 

Ölkə vətəndaşlarının inandığı, ümid bəslədiyi şəxs  bu seçkilərdə böyük və inamlı qələbə qazanacaq. Bu qələbənin kökündə, əsasında isə ulu öndərimizin yenidən Azərbaycana rəhbərliyə qayıdışından indiyədək  əldə edilən çoxsaylı uğur və nailiyyətlərin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etdirilməsi, xalqımızın sosial-rifah halının dünyanın aparıcı ölkələri səviyyəsinə çatdırılması, ordu quruculuğunun genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların intensivləşdirilməsi kimi mühüm məsələlər  dayanır.

Seçkilərin demokratik keçirilməsi üçün bir neçə amil lazımdır ki, onlardan birincisi mükəmməl seçki qanunvericiliyinin formalaşmasıdır. Azərbaycanda seçki qanunvericiliyi artıq uzun müddətdir qəbul edilib. Lakin seçkilər canlı və davamlı bir mexanizm olduğundan, mütəmadi olaraq, Seçki Məcəlləsi də təkmilləşdirilir.

Azərbaycanın seçki qanunvericiliyi çox mütərəqqidir və dünyada öz demokratikliyi ilə seçilir. Bunu beynəlxalq müşahidəçilər, ekspertlər də dəfələrlə qeyd ediblər. Bundan əlavə, seçkiləri keçirmək üçün maddi-texniki baza da var. MSK-nın bütün resursları ən yüksək səviyyədə təşkil olunub. Bu qurum öz üzərinə düşən vəzifələri lazımınca yerinə yetirib.

Seçkilərdə əsas vəzifə seçicilərin üzərinə düşür. Bu baxımdan seçicilərin maarifləndirilməsi işi uğurla icra edilir. Seçici kontingentinə ilk dəfə səs verən gənclər də əlavə olunur. Ona görə də   seçkilərdə aktiv iştirak etmək üçün hər zaman maarifləndirməyə ehtiyac var. Artıq Azərbaycanda seçki mədəniyyəti formalaşıb.

Azərbaycanda seçkilərin şəffaf keçirilməsinin əsas göstəricilərindən biri də səsvermə məntəqələrində veb-kameraların quraşdırılmasıdır. Seçkiləri beynəlxalq müşahidəçilər maraqla izləyirlər. Ancaq bu gün dünyanın istənilən yerindən məntəqələrdə gedən səsvermə prosesini canlı izləmək mümkündür. Düşünürəm ki, xalqımız bu seçkilərdə də fəallıq nümayiş etdirəcək və 2018-ci il Azərbaycanın uğurlarının yeni mərhələsinin başlanğıcı kimi tarixə düşəcək.

Əkrəm ABDULLAYEV,
“Dünya Türk Gəncləri Birliyi”nin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında