Məzahir PƏNAHOV: Bülletenlərin çapı prosesi bir həftə ərzində başa çatacaq

Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 seçki bülleteninin çapı nəzərdə tutulub. Bu rəqəm ümumi seçicilərin sayından 3 faiz artıqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Bülletenlərin mətni, forması, sayı və hazırlanma qaydasının MSK-nın qərarı ilə təsdiq olunduğunu deyən Məzahir Pənahov qeyd edib ki, proses bir həftə ərzində başa çatacaq. Bülletenlərin çapı tam başa çatdıqdan sonra dairə seçki komissiyalarına paylanılmağa başlanacaq.

MSK sədri bildirib ki, səsverməyə beş gün qalana qədər Komissiya bülletenləri dairələrə çatdırmalıdır. Dairələr bülletenləri qəbul etdikdən sonra seçkilərə 3 gün qalana qədər məntəqələrə paylamalıdır. Bülletenlərin aşağı seçki komissiyalarına çatdırılması prosesi KİV-in müşahidələri ilə həyata keçiriləcək.

Dairə seçki komissiyalarının bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edəcəyini deyən Məzahir Pənahov vurğulayıb ki, çap zamanı yararsız bülleten olarsa aktlaşdırıldıqdan sonra məhv edilir. O, həmçinin əlavə edib ki, mətbəədə gedən çap prosesi KİV nümayəndələrinə, namizədlərə, o cümlədən səlahiyyətli nümayəndələrə və müşahidəçilərə tam açıqdır. Bundan başqa, bülletenlərin çatdırılmasında və qorunmasında aidiyyəti dövlət qurumları ciddi təhlükəsizlik tədbirləri görürlər. Seçki Məcəlləsindən irəli gələrək bülletenlər dairə və məntəqələrə paylanılacaq.

Bülletenlərin çapında hər hansı çatışmazlığa rast gəlinmədiyini deyən MSK sədri mətbəə rəhbərliyinin bu proseslə bağlı böyük təcrübəyə malik olduğunu söyləyib. Məzahir Pənahov, həmçinin qeyd edib ki, bülleten kağızları xüsusi olaraq seçilir.

MSK sədri “exit-poll” keçirəcək təşkilatlarla bağlı da məlumat verib. O qeyd edib ki, “exit-poll”da ABŞ və Fransadan təşkilatlar da iştirak edəcək. Ümumilikdə 4 təşkilat müraciət edib. MSK özü də “exit-poll”un  keçirilməsində maraqlıdır. Yalnız “exit-poll”da iştirak edən qurumlar qaydaları tam bilməlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında