11 aprel prezident seçkiləri ilə Azərbaycanın uğurlarının yeni mərhələsi başlayacaq

Son 14 il ərzində Azərbaycanda həyatın bütün sahələri dinamik inkişaf edib, rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi istiqamətlərində mühüm uğurlar əldə olunub. Bütün bunlar təbii ki, yeni iş yerlərinin açılmasına, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.

Azərbaycanda ulu öndər Heydər Əliyevin qanunçuluq, hüquq qaydaları, ədalətlə bağlı kursuna dönmədən əməl olunub, insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatlar davam etdirilib. Ölkə vətəndaşlarının prezident, parlament, bələdiyyə seçkilərində fəallıqları təmin olunub. Eyni zamanda, həmin seçkilərin gerçəkləşdirilməsi ilə demokratik seçki praktikası da tədricən təkmilləşdirilib, seçki təcrübəsi artırılıb. Seçkilərin şəffaflığını təmin etmək üçün, hətta böyük demokratiya tarixi olan ölkələrdə tətbiq olunmayan mexanizmlərdən, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilib.

Beynəlxalq təşkilatlar Azərbaycanda olan seçkiləri hər zaman müşahidə edib və yüksək qiymətləndiriblər. Ümumiyyətlə, respublikamız seçkilərin uğurla demokratik şəraitdə keçirilməsi istiqamətində zəngin təcrübəyə malikdir. Azərbaycanda seçki prosesinin təşkilində demokratikliyi və şəffaflığı təmin etmək üçün informasiya texnologiyalarının ən son yeniliklərindən istifadə olunur. Beynəlxalq təşkilatlar hər zaman ölkəmizdəki seçkiləri müşahidə etməkdə maraqlıdırlar. Çünki Azərbaycan regionda seçilən, ən güclü, inkişaf edən, bütün məsələlərdə öz müstəqil mövqeyini ortaya qoyan aparıcı dövlətdir.

Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur. Ölkəmizdə seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var. Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkiləri uğurla yekunlaşacaq. Həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şəraitin yaradılması bunu deməyə əsas verir.

Hazırda bütün prezidentliyə namizədlər qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, müstəqil şəkildə təşviqatla məşğul olurlar.

Yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu vurğulayırlar.

Şübhəsiz ki, Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri yeni islahatlar mərhələsinin əsasını qoymaqla yanaşı, mövcud şəraitin, inkişaf prosesinin davamını da təmin edəcək. Bu seçim nəticəsində ölkəmiz özünün hərtərəfli inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Azərbaycanda keçiriləcək prezident seçkiləri tam demokratik və şəffaf şəkildə baş tutmaqla, xalqımızın siyasi iradəsini ifadə edəcək.

Azərbaycanın bölgənin lider dövlətidir. Ölkəmiz regionda sabitlik və təhlükəsizliyə əvəzsiz töhfələr verir. Respublikamızın Avropanın enerji təhlükəsizliyinin təminində rolu danılmaz bir reallıqdır. Dünyada mövcud olan gərgin geosiyasi atmosfer, hər gün alovlanan münaqişə və müharibələr fonunda Azərbaycanın yerləşdiyi olduqca mürəkkəb regionda sabitlik adası olaraq mövqeyini qoruması şübhəsiz ki, vacib məqamdır. Bu mənada düşünürəm ki, Azərbaycanda keçirilən seçkilər nəinki Cənubi Qafqaz regionu, ümumilikdə bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edir.

Fərid ŞAHBAZLI,
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında