Eldar QULİYEV: Azərbaycanda yüksək seçki mədəniyyəti formalaşıb

Xalqımız öz tarixinin şanlı bir dövrünü yaşayır: 11 aprel prezident seçkilərinə hazırlaşır. Bu seçkilərlə bağlı ölkəmizin nüfuzlu adamları, ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri öz fikir və düşüncələrini bizimlə bölüşürlər.

 Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor Eldar Quliyev bu barədə belə dedi:

– Biz müstəqillik illərində dəfələrlə seçkilər keçirmişik. Dövlətimizin demokratik, şəffaf seçkilər keçirilməsində zəngin təcrübəsi var. Bizdə yüksək seçki mədəniyyəti formalaşıb. Görün Azərbaycan son illərdə necə sürətlə inkişaf edir. Bu təsadüfi deyil. Söz yox ki, bu inkişaf, bu tərəqqi düzgün, zamanın tələblərinə uyğun siyasi kursun həyata keçirilməsinin nəticəsidir. Bu kursun yaradıcısı və müəllifi ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin başladığı islahatlar respublikamızda uğurla həyata keçirilir.

Mən mədəniyyət işçisiyəm və bu sahədə qazanılmış uğurlar mənə daha yaxındır. Əgər milli kinematoqrafiya sahəsində islahatlar aparılmasaydı, bu gün bəlkə də, Azərbaycan kinosu olmayacaqdı. Kino işçilərinin peşə bayramı təsis olundu. Dövlət sifarişi ilə filmlər çəkildi, Dövlət Film Fondu üçün yeni bina inşa edildi, kino sənətinin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olundu. Bunlar görülmüş işlərin bir hissəsidir. Əhəmiyyətli olan budur ki, Azərbaycan filmləri nüfuzlu beynəlxalq kinofestivallarda yüksək mükafatlara layiq görüldü. Kino işçilərinin sosial durumu yaxşılaşdı, onların böyük bir qismi fəxri adlara layiq görüldü. Kino işçiləri arasında Prezident təqaüdü alanlar da var.

Mən inanıram ki, mədəniyyət işçiləri, kino xadimləri düzgün seçim edəcək, haqqa, ədalətə söykənərək layiqli namizədə səs verəcəklər.

Söhbəti qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında