Bakı Forumu dünyanın Azərbaycana inamını daha da gücləndirdi

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin vurğuladığı kimi, “bütün dünyanın ən yaxşılarının ictimai maraqlara əsaslanan səmimiyyət və açıqlıqla dövrümüzün əsas məsələlərini müzakirə etmək üçün Bakıda bir araya gəlməsi” artıq yaxşı bir ənənəyə çevrilib.

Tədbir çəçivəsində həm plenar, həm də panel iclaslarda bir çox aktual qlobal mövzular geniş müzakirə olunub. Yeri gəlmişkən, ölkə KİV-i ictimaiyyəti forumla bağlı geniş məlumatlandırıb. Tədbirin əhəmiyyəti barədə söz düşəndə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının analitik təhlil mərkəzinin rəhbəri Azər Verdiyev dedi:

– Dərhal qeyd etmək istəyirəm ki, belə nüfuzlu tədbirin ənənəvi olaraq Bakıda təşkil olunması müstəqil Azərbaycanın bir gənc vətəndaşı kimi məni son dərəcə sevindirir. Hesab edirəm ki, forum çox böyük əhəmiyyət kəsb edir. Belə ki, tədbir  müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır.

Bu gün Azərbaycan bütün dünyada xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə böyük töhfə verir. Reallıq budur ki, ölkəmizdə ayrı-ayrı dinlərin və etnik qrupların nümayəndələri bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, çox qürurverici haldır.

Etiraf edək ki, hazırda dünyamız çox qarışıb. Yer kürəsinin bir çox yerində dini, etnik zəmində zorakılıqlarla müşayiət olunan kəskin münaqişələr baş verir. Bu zaman on minlərlə insan həlak olur. Bəzi ölkələrdə vəziyyət humanitar fəlakət səviyyəsinə çatıb. Bu münaqişələrin həlli çox vacibdir. Onların həlli isə yalnız sülh və dialoqdan keçir. Düşünürəm ki, dünya birliyi, böyük dövlətlər, necə deyərlər, super güclər münaqişələrin həlli üçün əməli işlər görməyə borcludur. Təəssüf ki, bu istiqamətdə real addımlar az-az atılır. 

Sülhə aparan yol, təbii ki, çətindir. Lakin ilk addımlar atılmalıdır. Almaniyanın birləşməsində böyük xidmətləri olan görkəmli siyasətçi və dövlət xadimi Helmut Kol demişdir ki, siyasətdə sülhə doğru 100 xırda addım, 10 iri addımdan daha çox faydalı ola bilər.

Düşünürəm ki, Bakı forumu dünyaya məhz sülh və tolerantlıq mesajı vermişdir. Münaqişələri dayandırmaq üçün ilk addımlar mütləq atılmalıdır. Bəli, yalınız sülh, qarşılıqlı hörmət, tolerantlıq müharibə və münaqişələrə son qoyaraq, inkişaf və tərəqqi üçün yeni imkanlar aça bilər.

Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında