Eka Tkeşelaşvili: VI Qlobal Bakı Forumunda aktual problemlər müzakirə olundu

Martın 18-də Azərbaycanın paytaxtında VI Qlobal Bakı Forumu öz işini yekunlaşdırdı. Bu beynəlxalq tədbirə 50-dən çox ölkədən 450-dən çox nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, nazirlər, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılmışdılar.

VI Qlobal Bakı Forumunun iştirakçılarından bəzilərinin tədbirlə bağlı təəssüratlarını öyrəndik. Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili bildirdi:

– Azərbaycanın neçə illərdən bəri dünyada sülh və təhlükəsizlik işinə verdiyi mühüm töhfələri alqışlayırıq. Bakıda müxtəlif beynəlxalq tədbirlər, konfranslar keçirilir, dünyanın düşünən beyinləri, intellekt sahibləri mövcud problemlərin həllinə cəlb edilir. Biz bu cür tədbirləri Azərbaycanın uğuru kimi qiymətləndiririk. Bilirsiniz ki, Azərbaycan və Gürcüstan regionda strateji tərəfdaş ölkələrdir və həmişə bir-birinin uğuruna sevinirlər.

VI Qlobal Bakı Forumunda müzakirəyə çıxarılmış mövzular bütün iştirakçılar tərəfindən razılıqla qarşılandı. Ona görə ki, bu gün beynəlxalq aləmdə baş verən problemlər dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hamını düşündürür və yaranmış münaqişələr, bəzi dövlətlərin öz qonşularına qarşı ərazi iddaları və başqa məsələlərin həlli bizdən daha çox səylər göstərməyi tələb edir. Bəzi ölkələrdə baş verən müharibələr, vətəndaş qarşıdurmaları ciddi problemlərə gətirib çıxarır, insanlar həyatlarını itirir, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların baş verməməsi üçün birgə addımlar atmalıyıq. Beynəlxalq hüquq normalarına hamı tərəfindən hörmət olunmalıdır. Liderlər ortaq məxrəcə gəlməyi, kompromisə getməyi bacarmalıdırlar.

Forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətin şərhi iştirakçıları bir daha inandırdı ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır, qan tökülməsini istəmir. Məncə, bu münaqişənin həlli üçün ən optimal üsul beynəlxalq səviyyədə qəbul edilmiş hüquq norma və prinsiplərinə əməl etmək, BMT qətnamələrini yerinə yetirməkdir. Çünki dünya Azərbaycanın ərazi bütövlüyünü çoxdan qəbul edib, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə isə həmişə dəstək ifadə edib.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında