Serbiyanın sabiq prezidenti “Danas” qəzetinə müsahibəsində Azərbaycanın uğurlarından danışıb

Serbiya Respublikasının sabiq prezidenti, Rusiya və Çin ilə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın rəhbəri Tomislav Nikoliç Serbiyanın geniş oxucu auditoriyasına malik “Danas” qəzetinə müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkəsinin “Bir kəmər, bir yol” layihəsində iştirakı, İpək Yolu üzərindəki ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığından bəhs edib.

Tomislav Nikoliç beynəlxalq təşkilatlar çərçivəsində Serbiyanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin yüksək dəyərləndirildiyini bildirib. Sabiq Prezident Azərbaycanın son illərdə qazandığı uğurları qeyd edib. O, 2013-cü ildə ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzaladığını diqqətə çatdırıb.

Vüqar SEYİDOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında