Xalqımızın zəngin mədəniyyəti dünyanın hər yerində başımızı uca edir

Bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu günlərdə ölkəmizin görkəmli elm,  mədəniyyət, incəsənət xadimləri radio və televiziyalarda, çap mətbuatında bu mühüm ictimai-siyasi hadisə ilə bağlı öz rəy və təkliflərini bildirirlər. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor  Bakı Musiqi Akademiyasının müəllimi Arif Əsədullayevdən qarşıdakı seçkilər barədə fikrini soruşduq. Arif müəllim bunları dedi:

– Hamıya bəllidir ki, müstəqil Azərbaycan dövləti sivil, demokratik inkişaf yolu seçib. Müstəqil Azərbaycanda bu yolun bünövrəsini ulu öndər Heydər Əliyev qoyub. Həyat göstərdi ki, demokratik inkişaf yolu xalqımızı həqiqətən tərəqqiyə, intibaha aparır. Bunu ölkəmizin müasir  inkişafının timsalında görməmək, qiymətləndirməmək mümkün deyil.

Qarşıdakı seçkilərin azad, şəffaf keçəcəyinə zərrə qədər şübhə etmirəm. Ölkəmiz istiqlalına qovuşandan sonra mən, demək olar ki, bütün seçkilərdə iştirak etmişəm. Son illər seçkilərin təşkili və keçirilməsində yaxşı təcrübə əldə edilib.

Bilirsinizmi, çağdaş dünyada seçki mədəniyyəti adlanan bir anlayış var. O xalqları, millətləri, dövlətləri sivil, demokratik hesab edirlər ki, onlar azad, demokratik seçki keçirə bilir. Bizim ölkəmiz başqa sahələrdə olduğu kimi, bu sahədə də irəlidə gedir. Buna, əlbəttə, sevinirəm.

Mən öz sevimli kamança alətim ilə dünyanın 20-dən çox ölkəsində doğma Azərbaycanımı böyük həvəslə və uğurla təmsil etmişəm. Bir çox beynəlxalq festivalın diplomantı, qalibi olmuşam. Hər yerdə milli mədəniyyətimizin zəfərinin, təntənəsinin şahidi olmuşam.

Qeyd etdiyim kimi, Azərbaycanda seçki mədəniyyəti də hər seçkidən-seçkiyə daha da yüksəlir. Əminəm ki, bu il aprelin 11-də keçiriləcək seçkilər Azərbaycanı irəli aparacaq, ölkəmizin nüfuzu daha da artacaq.

Mən Bakı Musiqi Akademiyasının “Xalq musiqisinin tarixi və nəzəriyyəsi” fakültəsində çalışıram. Burada bəstəkar və musiqişünaslara muğam sənətinin sirlərini öyrədirəm.

Bu günlərdə həm çalışdığım kollektivdə, həm də ailəmdə qarşıdakı seçkilər barədə tez-tez söhbət düşür. Yəqin ki, eşidibsiniz, həyat yoldaşım Şəfiqə Eyvazova mahir kamança ifaçısı, Xalq artistidir. Şəfiqə xanım da, qızım Mehri də seçkilərdə fəal iştirak edərək, ölkəmizi, dövlətimizi daha da irəliyə aparmağa qadir olan namizədə səs verəcəklər.

Söhbəti yazdı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında