Forum iştirakçısı Ənvər Calıyev: Novruz türk xalqlarının qədim bayramıdır

VI Bakı Qlobal Forumu iştirakçıları arasında Qazax Milli Universitetinin nümayəndəsi Ənvər Caliyev də var idi. Onunla Bakı Slavyan Universitetində keçirilən tədbirdə görüşdük. Bizimlə söhbətində bildirdi ki, qazax –Azərbaycan xalqlarının türk mənsubluğu bu xalqların bir-birinə yaxın mədəniyyətlərinin formalaşmasını şərtləndirən əsas əlamətdir.

Biz Bakı Slavyan Universitetində görüş zamanı burada Novruz bayramı ilə bağlı təşkil edilmiş sərgi olduqca maraqlı idi. Novruz türk xalqlarının ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir. Bəşəriyyətin təkamülünün əsasını qoymuş əkinçilik və maldarlıq türk xalqlarının, eyni zamanda Azərbaycan xalqının təsərrüfat həyatında mühüm rol oynamışdır. Ömrünü torpağa bağlamış əkinçi əcdadlarımız yazın hər gəlişini, həyatın yeniləşməsini səbirsizliklə gözləmiş və sevinclə qarşılamışlar.

Novruz adət-ənənə, mərasim sistemi olaraq elə bir qlobal humanizm məzmuna, elə tarixi qədimliyə və mədəni-mənəvi zənginliyə malikdir ki, bu sistem içində milli məhdudluğa yer yoxdur. Burada milliliklə bəşərilik iç-içədir. Novruz elə nadir anlayışdır ki, orada təbiətlə insan vəhdətdədir. Lakin tarixin hökmü ilə məhz türk xalqları Novruz mərasimlərinin yaradılmasında, sonrakı inkişafında və onun tam bir düşüncə sisteminə çevrilməsində xüsusi rol oynamışlar. Ən maraqlı cəhət budur ki, Novruz fəlsəfəsində xalqların və millətlərin təşəkkülü, inkişafı kodlaşdırılmışdır. Başqa sözlə, dünya xalqları Novruz rituallarını yaşatdıqları dərəcədə, Novruz bir həyat tərzi olaraq xalqların və millətlərin yaşamasına kömək etmişdir.

Biz, forum iştirakçıları sizin şəhərinizə Novruz bayramı ərəfəsində gəlmişik. Artıq Bakının hər yerində bahar əhval-ruhiyyəsi duyulur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərlərinə, bütün Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm.

Söhbəti qələmə aldı:
 M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında