“Sevimli Həkimlər” treninq layihəsi başa çatıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərahiyyə Klinikasında “Sevimli Həkimlər” (Dream Doctors) treninq layihəsinin bağlanış mərasimini ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, bəzi ölkələrdə xəstə uşaqların müalicəsində incəsənət terapiyasının (art- terapiya) müxtəlif növlərindən geniş istifadə olunduğunu bildirdi: “Bu art-terapiyanın ən müasiri klounadanın işirakından istifadə etməkdir. Bir çox xəstə uşaqların müalicəsində tibbi klounların istifadəsinin pioneri İsrailin Dream Doctors Qeyri Hökumət Təşkilatı hesab olunur”.

O, bu layihəyə 2002-ci ildə İsraildə start verildiyini, “Sevimli Həkimlər”in iştirakı ilə həm pasiyentin, həm də ailə üzvlərinin stresinin azaldıldığını və müalicə prosesinin asanlaşdığını bildirdi. İsraildə münaqişələr zamanı “Sevimli Həkimlər” sığınacaqlarda uşaqlara və onların ailələrinə hadisələrə dözməyə yardım ediblər. Layihə İsrailin 29 xəstəxanasını əhatə edib: “Hazırda 200 minə yaxın xəstə uşağın müalicəsində bu üsul kömək edir. Biz də uşaqların müalicəsində dünyada istifadə olunan müasir metodları Azərbaycana gətirmək, istifadə etmək fikrindəyik. Layihə Ben Gurion Universitetinin və Soroka Tibb Mərkəzinin doktoru Aleks Geftlerin təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə birgə həyata keçirilib”.

Layihə çərçivəsində ADMİU-nun 30 tələbəsi təlimlərdə iştirak ediblər. Daha sonra Talassemiya, Onkologiya və Bakının digər tibb mərkəzlərində təcrübə keçiblər. Təlimləri “Sevimli Həkimlər” təşkilatının üzvləri, peşəkar tibbi klounlar Penny Hanuka və Vitaly Azarin aparıblar: “Tələbələr tibbi kloun üzrə təlimdə iştirak edib, sonra klinikalarda, xəstələr üzərində bu işlərin praktik hissəsini həyata keçiriblər”.

ADMİU-nun rektoru Fərəh Əliyeva dedi: “Çox qədim dövrlərdən gələn həqiqəti yenidən kəşf etdim. İncəsənətin doğrudan da çox böyük qüvvəsi var. Yalnız dərmanlarla deyil, sənətlə də insanların ağrılarını unutdurmaq olar. Çox şadam ki, bu işdə bizim tələbələr iştirak ediblər”.

İsrailin Azərbaycandakı səfiri Dan Stav: “Azərbay­canda həyata keçirdiyimiz ilk layihə vacib sənət növü hesab edilir. Çünki qarşınızdakı xəstə insanları  sevindirirsiniz. Mənim daha çox həkim-klounlar diqqətimi çəkdi”, – dedi. Peşəkar klounlar Penny Hanuka və Vitaly Azarin çıxış edərək, iki həftə ərzində həyata keçirilən proqramla bağlı təəssüratlarını bölüşdülər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında