Uşaqların bayram sevinci

     Novruz bayramı ərəfəsində Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində şənlik təşkil etdi. Müəssisədə uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilir, onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır.

  Milli Oftalmologiya Mərkəzinin Elmi məlumat və təşkilati metodik bölmənin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirdi: “Kimliyimizdən, vəzifəmizdən, tutduğumuz mövqedən asılı olmayaraq çoxumuz valideyinik, ata-anayıq. Övlad sahibi olmaq böyük hissdir. Övladımızın bir xəstəliyi, qüsuru olanda narahat oluruq. 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində sağlamlıq imkanları məhdud olan onlarla uşaq var. Onlara dəstək olmaq, hansısa bir probleminin həllinə çalışmaq öz övladlarımıza dəstək olduğumuz qədər mühümdür. Novruz bayramı ərəfəsində onları sevindirmək bizim üçün çox xoş oldu. Onlarla söhbət etdik, fikirləri ilə tanış olduq.

Uşaqlara xonçalardakı şirniyyatlar paylandı. Bəzi uşaqları əlimizlə yedizdirdik. Klounların onları şənləndirməsi, şar yağışı uşaqlara bir dünya sevinc bəxş etdi. Bunu onların simasındakı təbəssümdən aydın sezmək olurdu”.

Tədbirdə uşaqlar, onlara xidmət edənlərlə, oftalmologiya mərkəzinin nümayəndələri qol götürüb rəqs edərək, bu balaların sevincinə şərik oldular.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında