“Dünya qlaukoma həftəsi” çərçivəsində humanitar aksiya

Azərbaycan oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb və uğurlar əldə edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ən son texnoloji avadanlıqlarla təchiz olunmuş filiallarında təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Mərkəzin  pasientlərə regionlarda səyyar xidmət göstərməsi isə geniş yayılır.

Qeyd edək ki, 2005-ci ildən 2018-ci il ərzində səyyar klinika respublikanın bir çox rayon və şəhərlərində  dəfələrlə aksiyalar keçirib. Bu aksiyalar gündən-günə artır və prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz mütamadi olaraq  paytaxt Bakıda və respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir.

“Dünya Qlaukoma Həftəsi” çərçivəsində Səyyar klinika Mərdəkanda yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində  humanitar aksiya keçirib. Məqsəd bu xidmət müəssisəsində uşaqların gözlə bağlı problemlərinin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.   

1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün sosial xidmət müəssisəsi  5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara  xidmət göstərilməsi üçün nəzərdə tutulub. Müəssisədə müvafiq təbəqədən olan uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilir, onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir.

Aksiya zamanı 100 nəfər uşaq müayinə edilib. Uşaqlarda bir sıra göz xəstəlikləri aşkarlanıb. Ehtiyacı olanlara vacib dərmanlar, eynəklər təyin edilib. Problemlərlə bağlı müəssisənin əməkdaşlarına tovsiyələr verilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında