Oftolmoloqlar Bakı Dövlət Universitetində humanitar aksiya keçirib

     Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyalar gündən-günə artır və  mərkəz mütamadi olaraq  paytaxt Bakıda və respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir.  Bu dəfə səyyar klinika  “Dünya Qlaukoma Həftəsi” çərçivəsində Bakı Dövlət Universitetində humanitar aksiya keçirib. Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

     Qeyd edək ki, 2005-- 2018-ci illər ərzində Səyyar klinika respublikanın bir çox rayon və şəhərlərinə  dəfələrlə aksiyalar keçirib. Həmçinin, 18 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında tədqiqatlar aparıb.  Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Mərkəzin  pasientlərə regionlarda səyyar xidmət göstərməsi isə geniş yayılır.

       Bakı Dövlət Universitetinin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır.  

    Aksiya zamanı 310  nəfər müəllim və tələbə müayinədən keçib, onlara problemlərinə uyğun lazımi tövsiyələr verilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında