Abşeron rayonunda əhalinin müayinəsi uğurla davam etdirilir

      Səhiyyə müəssisələrində əhalinin tibbi müayinəsi uğurla davam etdrilir. Bu istiqamətdə zəruri tədbirlər Abşeron rayonunda da uğurla həyata keçirilir. Burada mütəxəssislər tərəfindən müayinələr xəstəxana ilə yanaşı birbaşa yerlərdə, ambulator məntəqələrdə aparılır. Səhiyyə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat verib.

     Məlumatda deyilir ki, növbəti tədbir Ceyranbatan həkim məntəqəsində keçirilib. Qastroenteroloq Ülviyyə Quliyeva “Helibacter pylori, qastritin səbəbləri”, oftalmoloq Vüsalə Ələkbərova “Diabetik retinopatiya və Quru göz sindromu”, həkim-laborant Şəfa Süleymanova “Laborator müayinələrin əsası və vacibliyi “ haqqında əhaliyə geniş məlumat veriblər.

        “Helibacter pylori” infeksiyası bəzən fərqinə varmadığımız qastritdən başlamış mədə xərçənginə qədər yol aça bilər. HP yoluxma yolları əsasən hava-damcı vasitəsilə baş verir. HP müşahidə edilən xəstələrdə köpmə, mədədə qida qəbulundan sonra ağırlıq hissi, gəyirmə, bəzən isə gecə ağrıları olur. Əgər bu şikayətlər sizdə müşahidə olunarsa, həkimə müraciət etməyiniz mütləqdir. 

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında