“Qadın zorakılığı” mövzusunda maarifləndirmə işi aparılıb

    Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisinin iştirakı ilə Ağdaş Bilik evində “Qadın zorakılığı” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün əhali arasında geniş təbliğat aparmaq, ictimaiyyətin diqqətini bu problemin ağır nəticələrinə yönəltmək olub.

       İSİM-in mütəxəssisi Şəhla Mirzəzadə statistik məlumatları mühazirə iştirakçılarına təqdim edib və cəmiyyətdə məişət zorakılığı, habelə qadın zorakılığı hallarının qarşısının alınması üçün aparılan maarifləndirmə tədbirlərinin, profilaktik işlərin daha da intensivləşdirilməli olduğunu vurğulayıb. O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununun qəbul olunması, eyni zamanda bu istiqamətdə atılan məqsədyönlü addımlar Azərbaycan dövlətinin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. O, erkən nikahların qadın zorakılığının əsas səbəblərindən biri olduğunu, gənc yaşlarda ailə qurmuş qızların əksər hallarda təhsildən, məktəbdən uzaqlaşdığını və bütün bu halların isə qadın zorakılığına şərait yaratdığını nəzərə çatdırıb.

      Mühazirənin sonunda zorakılığa məruz qalan bütün yaş kateqoriyalarından olan qadınlara tibbi, psixoloji, hüquqi yardımların göstərilməsinin vacibliyi vurğulanıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında