2 aylıq körpənin ürəyi əməliyyat olunub

Bakı Ürək Mərkəzində ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahı Natiq Mirzəyev tərəfindən çəkisi 2,5 kq olan körpədə uğurlu əməliyyat icra olunub.

Xəstə 7 aylıq doğulub və 2 ay ərzində təkrarlanan pnevmaniyaya görə xəstəxanada müalicə alıb. Bakı Ürək Mərkəzinə müalicə ilə keçməyən ciddi təngnəfəslik, ürək çatışmazlığı ilə müraciət edilib. Körpəni təcili əməliyyat ediblər. Hazırda xəstənin ümumi vəziyyəti stabildir.

Qeyd edək ki, son iki həftə ərzində Bakı Ürək Mərkəzində çəkisi 4 kq-dan az olan yeni doğulmuş azçəkili üç körpə üzərində uğurlu ürək əməliyyatları tətbiq olunub.

Ürək qüsurlu yenidoğulmuşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı tədbirlərin həyata keçirildiyini vurğulayan R.Mahmudov azçəkili körpələr üzərində də belə mürəkkəb ürək əməliyyatlarının aparılmasını ölkə səhiyyəsinin uğuru hesab etdiyini bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında