Xərçəng xəstəliyinin müalicəsində yenilik

Çin alimləri təhlükəli şişlərə qarşı uğurla mübarizə aparmaq qabiliyyətinə malik olan DNK nanorobotları yaradıblar. Bu barədə Çinin Nanoelmlər və Texnologiyalar Mərkəzi məlumat yayıb.

Sözügedən nanorobotlar ölçüsünə görə, iynənin ucundan 5 min dəfə kiçikdir. Uzunluğu təxminən 90 nanometr, diametri isə 19 nanometr təşkil edən nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və şişlərə təsir göstərəcəklər. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək və nəticədə törəmə məhv olacaq. Yeni yaradılan nanorobotun ilk sınağı kifayət qədər uğurlu olub. Siçanlar üzərində keçirilən sınaqdan sonra şişin ölçüsünün xeyli azalması, hətta tam məhv olması müşahidə edilib.

Layihənin müəlliflərindən biri olan çinli alim Çjao nanorobotlar haqqında məlumat verərkən bildirib ki, xərçəngin müalicəsi zamanı istifadə edilən digər üsullardan fərqli olaraq bu nanorobotlar sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Eyni zamanda, alim nanorobotların beyində toplanmadığını və insult riski olmadığını da qeyd edib.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında