Eşitmə Sağlamlığı Günü ilə bağlı tədbir keçirilib

        Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasında Qulaq və Eşitmə Sağlamlığı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri LOR kafedrasının müdiri, professor Vəfa Pənahi açaraq beynəlxalq günün əhəmiyyətindən söz açıb. “Dünya əhalisinin 6 faizi məhz bu xəstəliyə düçar olub. Azərbaycanda 10 min nəfər insan eşitmə problemlərindən əziyyət çəkir”,--deyib. 

       Klinikanın şöbə müdiri Murad Şıxəliyev Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 365 milyon nəfərin karlıq və eşitmə problemlərindən əziyyət çəkdiyini, onlardan 32 milyonunu uşaqlar təşkil etdiyini bildirib. Vaxtında profilaktik tədbirlər görülməməsi və müalicə olunmaması səbəbindən yaranan başqa xəstəliklərə görə hər il 750 milyard dollar vəsait itirildiyini vurğulayıb. 

      Universitetin LOR kafedrasının assisenti Afaq Şadlinskaya eşitmə probleminin əsasən irsi faktorlar və qohum nikahları nəticəsində yarandığını, lakin başqa səbəblərin də karlığa səbəb olduğunu diqqətə çatdırıb. A.Şadlinskaya deyib ki, 2015-ci ildə sensonevral ağır eşitmə ilə əlaqədar yaradılan xüsusi komissiya ölkəmizdə həmin problemdən əziyyət çəkən uşaqların müayinə və müalicəsi, koxlear implantasiya əməliyyatı aparılması ilə məşğul olur. 

     Kafedranın rezidenti Esmira Qasımova anadangəlmə sensonevral ağıreşitmə halları, habelə eşitmə probleminə səbəb ola bilən digər amillərdən danışıb, onun diaqnostikası və müalicə formaları barədə məlumat verib.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında