“Bir damla qan, qurtarılan bir can” adlı növbəti qanvermə aksiyası

“Veysəloğlu” Şirkətlər Qrupu “Bir damla qan, qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirib. Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara, eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarətdir.

Respublika Mərkəzi Qan Bankının həkimlərinin nəzarətii ilə həyata keçirilən aksiyada şirkətlər qrupunun əməkdaşları donor qismində iştirak ediblər.

Xatırladaq ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada 300 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Talassemiya dünyada insanlarda ən çox müşahidə olunan tək gen pozğunluğudur. Bu xəstəliyin yaranmasının əsas səbəbi insanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda baş verən qüsurdur.

Hər il dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün könüllü olaraq qanvermə aksiyalarına qoşulurlar.

Qabil Yusifoğlu,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında