“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması”

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Bilik Fondu ilə birgə Binəqədi rayon gənclər evində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda keçirdiyi tədbirin auditoriyası gənc xanımlar, gələcəyin anaları olub.

    Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib ki, 18 saylı Bakı Peşə Liseyi və Bakı Humanitar Kollecin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə gənclərin sağlamlıqlarını qorumaları üçün maariflənməyə olan ehtiyaclarından, məlumatsızlıqdan yaşana biləcək problemlərin ciddiliyindən danışılıb.

     Tədbirdə İSİM-in həkim-metodisti, ginekoloq Afət Məmmədova reproduktiv sağlamlığın əsas aspektlərindən olan ailə planlaşdırılması, o cümlədən abortların qadın sağlamlığına mənfi təsirindən danışıb, seksual sağlamlığın möhkəmləndirilməsi, cinsi yolla yoluxan infeksiyalarla bağlı mübarizə metodları haqda məlumat verib.

       O, gənc qızlara, reproduktiv sağlamlığın qorunmasında vacib amillərdən olan ailə planlaşdırılması, arzuolunmaz hamiləliklərdən qorunma üsulları, müasir kontraseptivlərdən bəhs edib. Həmçinin A.Məmmədova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən də söhbət açaraq deyiib ki, erkən yaşda hamiləlik, hamiləliyin pozulması və problemli doğuşlar dünyada ana və uşaq ölümünün əsas səbəblərindən biri hesab olunur. Məruzəçi problemin həlli ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıya qoyduğu məqsədləri auditoriyanın diqqətinə çatdırıb. 

     Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıb və mövzu ətrafında diskussiya aparılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında