Stomatologiya fakültəsinin rəhbərliyi qrup nümayəndələri ilə görüşüb

     Azərbaycan Tibb Universitetinin (ATU) stomatologiya fakültəsinin rəhbərliyi ilə qrup nümayəndələrinin görüşü keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə fakültənin dekanı Səid Əhmədov, dekan müavini Kamran Babayev və fakültənin elmi məsləhətçisi Qələndər Aslanov iştirak ediblər.

    Səid Əhmədov tələbələrin dərslərə davamiyyəti haqqında danışaraq tələbələri dərslərinə qarşı daha məsuliyyətli olmağa çağırıb: “Unutmayın ki, sizin dərsə davamiyyətiniz imtahanlarda da böyük rol oynayır”. Dekan tələbələrə nizam-intizamla bağlı tövsiyələr, həmçinin imtahan prosesinin qayda və qanunları haqqında geniş məlumat verib.

     Fakültənin elmi məsləhətçisi Qələndər Aslanov da qrup nümayəndələrini təkcə dərslərində deyil, eyni zamanda, fakültənin ictimai işlərində aktiv olmağa dəvət edib.

    Sonda görüş müzakirələrlə davam edib. Tələbələrin sualları fakültə rəhbərliyi tərəfindən ətraflı cavablandırılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında