Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə görüş keçirilmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan HİV, AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri İrina Reşevska bildirmişdir ki, məqsəd ölkədəki Əlaqələndirmə Komissiyasının fəaliyyətini Qlobal Fondun tələblərinə uyğunlaşdırmaq, struktur və funksional dəyişiklikləri aparmaq, əsas sənədlər toplusunu təkmilləşdirmək, eləcə də komissiya üzvləri üçün təlim məşğələləri təşkil etməkdir.
Görüşdə Qlobal Fondun nümayəndələrinin respublikamıza dair təklif və tövsiyələri dinlənilmişdir. Nazir Oqtay Şirəliyev də öz təkliflərini qonaqların nəzərinə çatdıraraq bütün görülmüş işlərin nəticəsi kimi vətəndaşlara xidmətin əsaslı və konkret olmasının vacibliyini vurğulamışdır.
Sonra hər iki tərəfdən irəli sürülən təkliflər müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında