SABIS SUN Beynəlxalq Məktəbində humanitar aksiya

      Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası davamlı olaraq Bakıda və respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Bu gün oftalmoloqlar SABIS SUN Beynəlxalq Məktəbində humanitar aksiya keçirib. Məqsəd göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə edib həll etməkdir.

      2005-ci ildən başlayaraq səyyar klinika respublikanın bir çox rayon və şəhərlərinə  dəfələrlə aksiyalar keçirib. 2012-ci ildən isə ölkənin 17 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında tədqiqatlar aparıblar. Artıq Azərbaycan oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texniki avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.

     SABIS, özünün baş qərargahları ABŞ, Livan və BƏƏ-də olan üç müstəqil korporasiyası vasitəsilə  təşkil edilən və dünyanın 4 qitəsində fəaliyyət göstərən qlobal təhsil şəbəkəsidir. 

       "Dreamland" ərazisində yerləşən SABIS SUN Beynəlxalq Məktəbi güclü rəqabətin mövcud olduğu bir dövrdə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, həm də onları daim uğur qazanmaq üçün zəruri bilik və bacarıqlarla təmin edir.

      Milli Oftalmologiya Mərkəzinin elmi məlumat və təşkilati metodiki bölmənin rəhbəri Yazgül Abdıyeva bildirib ki, aksiya zamanı Beynəlxalq məktəbin 180 müəllim və şagirdi müayinədən keçib və onlara müvafiq tövsiyələr verilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında