Sanitar maarifləndirmə işi aparılıb

      Abşeron rayon poliklinkasında növbəti sanitar maarifləndirmə  məqsədilə rayonun yaşlı sakinləri ilə görüş təşkil olunub, onlara düzgün qidalanma və hipertoniya xəstəliyi haqqında məlumat verilib, sağlamlığın qorunması üçün müxtəlif çaylar və pəhriz nümunələri paylanıb.

     Bildirilib ki, hipertoniya xəstəliyinin yaranmasının əsas səbəbi həddindən artıq sinir gərginliyidir. Bu xəstəlik ağır psixi travmalar keçirmiş, uzunmüddətli və güclü stressə məruz qalmış, daimi diqqət tələb edən yuxu və istirahət rejimini pozan səs- küy və vibrasiyanın təsirindən yaranır. Hipertoniya xəstəliyinə qeyri -düzgün həyat tərzi, siqaret, spirtli içkilərdən sui-istifadə, xörək duzunun çox istifadəsi, endokrin sistemi funksiyasının yaşla əlaqədar dəyişilməsi və.s amillər də səbəb ola bilər.

      Qidalanmaya dair məlumat verilərkən bildirilib ki, qidalanma insanın sağlamlıq göstəricilərinə əhval ruhiyyəsinə, əmək qabiliyyətinə və uzun ömürlülüyünə təsir edən əsas faktorlardan biridir. 

     Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur. Yemək zamanı qidanın miqdarı və qidalanmalar asındakı müddət mütləq nəzərə alınmalıdır. Gün ərzində 3-4 dəfə yemək tövsiyyə edilir. Səhər yataqdan qalxan zaman bir stəkan su içməkdə fayda var. Su yeməkdən yarım saat əvvəl içilməlidir, yemək əsnasında və yeməkdən dərhal sonra su icmək məsləhət deyil.

       İnsanın qida rasionunda 5 əsas tərkib hissəsinə--zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələrə ehtiyac duyulur. Zülallar heyvan və bitki mənşəli məhsullarda -- kəsmik, süd, yumurta, pendir, yağsız ət, qoz, paxlalılarda olur. Karbohidratlar enerjinin əsas mənbəyi olmaqla, ağ və qara çörək, meyvə, giləmeyvə, düyü, kartof və s. olur. Yağlar doymuş və doymamış olmaqla, doymuş yağlar heyvan mənşəli ərzaqlarda (kərəyağı, qaymaq), doymamış yağlar isə əsasən bitki mənşəli ərzaqlarda, qozda olur. Rasionda doymuş yağların çox miqdarda olması ürək, damar xəstəliklərini yaradır.

         İnsan orqanizmdə olan 40-a yaxın vitamin və mineralın çatışmazlığı da bir sıra xəstəliklərə səbəb olur. Belə ki, dəmir çatışmazlığı qan azlığına, yod çatışmazlığı qalxanvari vəzdə, eləcə də uşaqlarda əqli inkişafdan geri qalma, hamilə qadınlarda uşaq salma , lal, kar, kor uşaqların doğulmasına səbəb ola bilər. Vitaminlərdən “A” --toyuq korluğu, “D” -- raxit, “C” --çatmamzlığı isə sinqa xəstəliyinin yaranmasına səbəb olur.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında