Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri uğur qazanmaqda davam edirlər

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar cərrahı professor doktor Əhməd Məmişə Türk Kardiovaskulyar İnvaziv Radiologiya (TGRD) Cəmiyyəti tərəfindən yeni təsis edilmiş “İnvaziv Radiologiyada Keyfiyyət yetərliliyini təsdiq edən TGRD Diplomu” təqdim edilib.

Bu barədə məlumatı Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən  almışıq. Məlumatda qeyd edilir ki, doktor Ə.Məmiş 2011-ci ildə Avropa Kardiovaskulyar İnvaziv Radiologiya (CIRSE) Cəmiyyəti tərəfindən “İnvaziv Radiologiyada Avropa Keyfiyyətini təsdiq edən EBIR (European Board of Interventional Radiology) diplomu” ilə təltif edilmişdir.

Həkimlik təcrübəsində, əsasən də cərrahi intizamda əməliyyatların heç və ya ən az fəsadlarla nəticələndirilməsi üçün keyfiyyət və yetərliliyin nə qədər vacib olduğu hər kəsə aydındır.

EBIR diplomu ilə bərabər TGRD diplomu ilə də təltif edilmiş həkim-mütəxəssisimiz, inanırıq ki, daha yeni uğurlara imza atacaq, diplomlarının sayını artıracaq.

 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında