Dərmanların marketdə satışına icazə yoxdur

Azərbaycandan fərqli olaraq, bu gün dünyanın bir sıra ölkələrində reseptsiz dərmanların marketlərdə də satılmasına icazə verilir. Bu barədə Strateq.az saytı Trend-ə istinad edərək məlumat yayıb.

Məlumatda bildirilir ki, məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev  Azərbaycanda hələ ki, bununla bağlı məsələnin gündəmdə olmadığını deyib. Deputat vurğulayıb ki, dünyada belə bir təcrübə olsa da,  hələ ki, Azərbaycanda tətbiq olunmur. Onun sözlərinə görə, ölkəmizdə dərman vasitələrinin deyil, bioloji aktiv maddələrin aptekdən kənarda, marketlərdə satılmasına icazə verilib: "Biz bu məsələyə bir neçə ay əvvəl baxdıq və qanunvericiliyə dəyişiklik edildi. Hazırda bioloji aktiv maddələrin marketlərdə satılmasına qanunla icazə var, burada uyğun sanitar-gigiyenik normalar, temperatur, işıq rejimi gözlənilməlidir. Əgər bu şəraiti təmin edən marketlər istəsələr, bioloji aktiv maddələri sata bilərlər. Lakin dərman vasitələrinin satılmasına icazə verilmir. Azərbaycanda icbari tibbi sığortaya keçid planlaşdırılır və reseptlə satılan dərmanlar icbari sığorta paketinə daxil olacaq. Bəlkə də ondan sonra bu məsələyə baxmaq olar".

M.Quliyev bildirib ki, böyük ölkələrdə bu təcrübə tətbiq olunur: "Dərmanların marketlərdə satılmasına icazə verilməsi üçün uyğun şərait yaradılmalıdır. Təsəvvür edin ki, kənd rayonunda mağazada dərman satılır. Bilməyəcəklər ki, o dərmanı hansı şəraitdə, hansı tepmeraturda saxlamaq lazımdır. Hələ ki, reseptsiz satılan dərmanların apteklərdən kənarda satılmasına icazə verməyə ehtiyac görmürəm, çünki Azərbaycanda aptek şəbəkəsi kifayət qədər genişdir".

Qeyd edək ki, Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazəni nəzərdə tutan qanun layihəsi 2017-ci ildə hazırlanıb. Mütəxəssislər hesab edirlər ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər. Qeyd olunur ki, bu qanundan daha çox ərzaq mağazalarının yaxınlığında yerləşən apteklər zərər görəcək.

Qanun layihəsinin müəlliflərinin fikrincə isə, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı dərmanların ucuzlaşmasına gətirib çıxara bilər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında