“AZDAS--2018” konfransı keçiriləcək

Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqda davam edir.

Azərbaycanda xəstəxanadaxili infeksiyalara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin bu sahə üzrə dünya praktikasında tətbiq edilən sanitar qayda və normativlərə, o cümlədən müasir standartlara uyğun təkmilləşdirilməsi ölkə səhiyyəsi qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bidiriblər ki, bu məqsədlə  2018-ci il fevralın 21-də Bakı Biznes Mərkəzində Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının  “AZDAS--2018”  konfransı keçiriləcək. 

Konfransın proqramında Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin  Baş Epidemioloqu,  tibb elmləri doktoru, professor İbadulla Ağayev, bu sahədə dünyanın ən öndə gələn qurumu WFHSS-in (World Federation for Hospital Sterilisation Sciences) fəxri prezidenti Villi Renders, WFHSS-in vitse prezidenti və Türkiyənin DAS-ın (Dezenfeksiyon Antisespis Sterilizasyon Dərnəyi) rəhbəri Duyğu Perçin, Fransanın “Anios Laboratories” şirkətinin region üzrə meneceri xanım Esra Pehlivan və AZDAS-ın (Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya  Assosiasiyası) idarə heyətinin üzvü Mərkəzi Klinik Xəstəxananın İnfeksiyaya Nəzarət komitəsinin sədri Yaqut Qarayeva çıxış edəcəklər. 

Fevralın 22-də Milli Onkologiya Mərkəzində həmin mühazirəçilərin çıxışları ilə “Xəstəxanadaxili  İnfeksiyalara Nəzarətin  Müasir Üsullara və Dəyişən Tibbi Müdaxilələrə Uyğun Qayda və Normativlərlə Tənzimlənməsi” adlı seminar planlaşdırılır.

Hər iki tədbirdə bu sahədə elmi fəaliyyət göstərən alim və mütəxəssislər, ölkənin  tanınmış həkim-epidemioloqları, infeksionistlər, aparıcı müalicə müəssisələrinin, o cümlədən nüfuzlu xəstəxanaların rəhbərləri və bu sahə ilə məşğul olan tibb işçiləri iştirak edəcəklər.  

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında