Ulu babalarımız bizdən çox yaşamayıb

Bu gün əhalidə belə fikir yaranıb ki, ulu babalarımız bizdən çox yaşayıb.  Amma statistika bunun əksini göstərir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi  yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında "Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri" məruzəsi ilə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanların orta yaşı artıb. 1930-cu illərdə Azərbaycanda orta yaş 30,5 olub. Bu gün isə ölkədə orta yaş 75,2-ə çatıb.

Ə.Əmiraslanov əlavə edib ki, inkişaf etmiş ölkələrdə orta yaş 80-ə yaxındır. Yaxın gələcəkdə dünyada insanların orta yaşının 90 olacağı gözlənilir.

O bildirib ki, dünya üzrə olan proqnozlara görə bu gün dünyaya gələn hər 100 uşaqdan 3-nün 100 il yaşamaq şansı var.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında