Respublika Müalicəvi Diaqnostika Mərkəzində növbəti uğurlu əməliyyat keçirilib

    Ölkəmizdə son illər ərzində neyrocərrahiyyə sahəsində bir sıra uğurlu əməliyyatlar icra edilib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən aldığımız məlumatda bilirilir ki, növbəti uğurlu əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həyata keçirilib.

     Hipofiz vəzinin nəhəng adenoması səbəbi ilə RMDM-ə müraciət edən 50 yaşlı qadının əsas şikayəti tədricən görmənin ciddi pisləşməsi olub. Bu barədə RMDM-in həkim-neyrocərrahı Azər Əkbərov məlumat verib: “Aparılan MRT müayinəsində nəhəng (37 mm) hipofiz adenoması aşkar edilib. Adenoma endoskopik yol ilə xaric edilib. Əməliyyatdan sonra 2-ci gün xəstə görmənin ciddi yaxşılaşmasını qeyd edib. 3 ay sonra çəkilən kontrol MRT-də isə görmə yollarının tam rahat olması diqqəti çəkib. Xəstənin görməsi bərpa olunub.”

A.Əkbərov daha bir uğurlu əməliyyatın həyata keçirilməsində birgə əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında