Yeni müalicə mərkəzi inşa olunur

Naftalan son illərdə beynəlxalq turizm mərkəzinə çevrilib. Xarici turistlərin sayındakı artım şəhərdə yeni sağlamlıq mərkəzlərinin tikilməsini zəruri edir.

Naftalana üz tutan yerli və xarici turistlərin sayı əvvəlki illə müqayisədə 40 faiz çox olub. Bu dövrdə Naftalanın turizm obyektlərində 35 mindən artıq turist qeydə alınıb ki, bunun da 7309 nəfərini 62 ölkədən gələn xarici turistlər təşkil edib. Xarici ölkələrdən gələnlərin sayında isə 2016-cı illə müqayisədə 32 faiz artım müşahidə olunub. Burada il ərzində daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər istirahət edib və müalicə alıblar. Ötən il Naftalana Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Kanada, Meksika, Braziliya və ABŞ-dan, Afrika respublikalarından, hətta Avstraliyadan turistlər gəlib.

   “Naftalan” mehmanxanasının yenidən qurulmasından sonra şəhərdə daha bir ikimərtəbəli müalicə mərkəzinin tikintisi davam etdirilir.

   Hazırda şəhərdə fəaliyyət göstərən üçulduzlu və beşulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzi fəaliyyət göstərir ki, bu turizm obyektlərində gün ərzində 2200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

 “TurStat” analitik agentliyinin məlumatında Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort yeri sayılıb.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında