Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi səyyar müayinə keçirib

     Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Sumqayıt Şəhər İcra Hakimiyyəti birgə humanitar aksiya keçiriblər. Tədbir çərçivəsində Sumqayıtda dövlət müəssisələrində çalışan 200-ə yaxın əməkdaş tibbi müayinədən keçib.

      Şəhər səhiyyə şöbəsinin inzibati binasının qarşısında Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının həkim briqadasının həyata keçirdiyi humanitar aksiyada şəhərdə fəaliyyət göstərən dövlət müəssisələri, hüquq mühafizə orqanları, ədliyyə və məhkəmə sistemində çalışanlar iştirak edib. Səyyar klinikaya müraciət edənlərin ilkin tibbi müayinəsi müasir diaqnostik avadanlıqlar vasitəsi ilə aparılıb.

         Bəzi xəstələr daha dərin müayinə və müalicə üçün Milli Oftalmologiya Mərkəzinə göndərilib. Milli Oftalmologiya Mərkəzinin tibbi avadanlıqlarla təchiz olunmuş səyyar Mobil Diaqnostika Kompleksində aparılan müayinə tədbirləri günün sonuna kimi davam edib. Şəhər sakinləri də oftalmoloji müayinə aksiyasından yararlanıblar.

      Cərrah-oftalmoloq Sidiqə Əliyeva qeyd edib ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksək ixtisaslı peşəkar həkim briqadası səyyar müayinə tədbirlərində böyük həvəslə iştirak edir. Məqsəd əməkdaşları işdən ayırmadan onlarda olan göz patologiyaları aşkar etmək, yerində lazımi yardım göstərmək və məsləhətlər verməkdir.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında