Seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Şüa diaqnostikası və şüa terapiyası” kafedrasının rezidentləri üçün seminarı keçirilib. 

Klinikanın direktorunun müavini Adil Nuriyev çıxış edərək belə seminarların elmi əhəmiyyətindən danışıb və bildirib ki, silsilə xarakteri daşıyan seminarlar may ayında keçirilməsi nəzərdə tutulmuş rezidentlərin 6-cı elmi-təcrübi konfransına (6-cı ATUREK) hazırlıq məqsədi daşıyır. 

Sonra kafedranın həkim-rezidenti Xavər Qurbanlının “Vezikoureteral refluks” xəstəliyinin radiodiaqnostikası haqqında çıxışı dinlənilib. O bildirib ki, müraciət edən xəstələrdə USM müayinəsində hidronefroz aşkar edilərsə və xəstədə tez-tez urenar trakt infeksiyası müşahidə olunarsa, pasiyent vadinq sistoureteroqrafiyasına göndərilir: “Klinikada bu müayinə metodu həyata keçirilir. Əgər vaxtında vezikoureteral refluks diaqnozu qoyulmazsa, bu, böyrək parenximası zədələnməsinə gətirib çıxarır”.

Seminarın davamında həmin kafedranın həkim-rezidenti Gülməkan Qədimli “Renal dopler” (“böyrək dopleri”) müayinəsi barədə danışaraq qeyd edib ki, bu müayinənin ən çox hipertenziyası, yəni təzyiqi yüksək olan xəstələrdə aparılması məsləhət görülür. “Renal damarlarda stenozun olub-olmaması aşkarlanır. Bu, ən optimal müayinə üsuludur. Ən vacib məqam isə təzyiqə diqqət edilməsidir. Belə xəstələrdə bel ağrıları, sidikdə qan və s. müşahidə edilə bilər. Renal ultrasəs müayinəsi zamanı böyrək daşlarını, həmçinin böyrəklərdə infeksiyanın səbəb olduğu dəyişiklikləri təsbit etmək mümkündür”.

Seminar həkim-rezidentlərin müzakirələri ilə davam etdirilib.

Zərifə HÜSEYNOVA,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında