Səhiyyədə bir ilk: uşaqlarda tək port cərrahiyyə tətbiq edilib

 Son illərdə ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin müalicə edilməsi, unikal və mürəkkəb əməliyyatların icrası, yeni metodların tətbiqi əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişafa təkan vermişdir.

        Tibbin ən son yeniliklərinin tətbiqinin nəticəsi olaraq, bu günlərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) ölkə səhiyyəsində daha bir ilkə imza atıb. Unikal əməliyyat Mərkəzin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib. Bu barədə əməliyyatı icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan bidirib ki, Azərbaycan səhiyyəsində ilk dəfə 12 yaşlı uşağın böyrəyindəki törəmə tibbin ən son nailiyyətlərindən sayılan “tək port laparoskopik cərrahiyyə” üsulu ilə xaric edilib. Xəstənin böyrəyində böyük ölçülü törəmə olmasına və bu törəmənin ana damarlara yaxın olmasına baxmayaraq, nəticə çox uğurlu olub, 1 santimetrlik dəlikdən törəmə xaric edilib. Beləliklə, uşaq gələcəkdə yarana biləcək ciddi uroloji problemlərdən xilas olunub.

         Məlumat üçün bildirək ki, standart laparoskopik cərrahiyyədən fərqli olaraq, tək port laparoskopik cərrahiyyə üsulu ilə bir neçə dəlik əvəzinə, tək kəsik və ya dəlik vasitəsilə qarın boşluğuna xüsusi port yerləşdirilir, daha sonra xüsusi alətlər bu portdan daxil edilərək əməliyyat icra edilir. Bu üsulun tətbiqi zamanı kosmetik olaraq iz qalmır, tək bir kəsik olduğu üçün həm yara yerində infeksiya riski azalır, eyni zamanda ağrı cüzi olur. Belə xəstələr həm əməliyyat həyəcanını və təsirini az hiss edir, həm də əməliyyatdan sonra həmin  gün evə yazılır, gündəlik həyat fəaliyyətinə qısa zamanda qayıdır.

   Xatırladaq ki, Azərbaycanda ilk dəfə böyüklərdə tək port laparoskopik cərrahiyyə də cərrah-uroloq Rəşad Şolan tərəfindən həyata keçirilmişdir.

   Dünyanın aparıcı tibb mərkəzlərində icra olunan bu kimi unikal əməliyyatların artıq Azərbaycanda da aparılması ölkə səhiyyəsinin inkişaf göstəricisidir.

 

Zərifə HÜSEYNOVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında