ATU-nun Tədris Terapevtik Klinikasında müəllimlər üçün seminar keçirilib

   Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şüa diaqnostikası və şüa terapiyası kafedrasında tədris- metodik seminar keçirilib. Məqsəd kafedranın professor-müəllim heyətinin bilik və bacarığının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

     Kafedranın müdiri, dosent Məlahət Sultanova bu tədbirin mühüm əhəmiyyətə malik olduğunu vurgulayıb: “Belə seminarların mütəmadi olaraq keçirilməsi tədrisin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edir. Yalnız müəllimlərin iştirak etdiyi  seminarların keçirilməsində əsas məqsəd, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, müasir şüa diaqnostik müayinələrin əsas prinsiplərinin tələbələrə daha yaxşı aşılanması və  yeniliklərin dərs prosesinə uyğunlaşdırılmasıdır”.

       M.Sultanova qeyd edib ki, seminarlar tədris proqramına uyğun olaraq keçiriləcək və kafedra əməkdaşları tərəfindən mövzular təqdim olunacaq. Tədrisin gedişində əyani vəsaitlərdən, kliniki müşahidələr və innovativ texnologiyalardan maksimum istifadə etmək tələbələrdə fənnin mənimsənilmə dərəcəsini artırır.

       Seminarda “Şüa diaqnostik metodların texnologiyası və onun təşkili”, “Rentgen şüalarının alınması, təbiəti və xassələri”, “İonlaşdırıcı şüaların zərərli təsirindən qorunma tədbirləri” və “Rentgenoloji müayinə metodları”  mövzuları müzakirə olunub. Kafedranın assistentləri R.Abdullayeva və tibb üzrə fəlsəfə doktoru  H.Əsgərovanın mövzu ətrafında çıxışları dinlənilib. Məruzəçilər mövzunun əsas məqamları, rentgenoloji müayinə metodlarının diaqnostik alqoritmdəki yeri və rolundan danışıblar.   Kafedra əməkdaşlarının sualları məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

         Sonda ATU-nun II müalicə profilaktika fakultəsinin dekanı İsrail Məhərrəmbəyli  çıxış edərək belə seminarların  keçirilməsinin vacibliyini xüsusi vurğulayıb və kafedraya  gələcək işlərində uğurlar arzulayıb.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında