"Ankara" Tibb Mərkəzi: təkcə jurnalistlərin yox, bütün pasientlərin xoş niyyətlə tanıdığı məkan

Azərbaycanda özəl sektorun inkişafı bütün sahələrdə olduğu kimi səhiyyəyə də böyük uğurlar və yeniliklər gətirdi. Sevindiricidir ki, bu uğur və yeniliklər bu gün də böyük sürətlə davam etdirilməkdədir. İndi əhalinin sağlamlığı ilə bağlı Dövlət proqramının həyata keçirilməsində təkcə dövlətin klinik müəssisələri yox, həm də özəl klinikalar da iştirak etməkdədir və bir az da cəsarətlə demək lazımdır ki, bu tibb mərkəzlərinin əhali arasında hörməti günü-gündən artmaqdadır.
"Ankara" Tibb Mərkəzi ölkəmizdə fəaliyyət göstərən onlarca özəl müəssisədən ancaq biridir. 2 ildir ki, fəaliyyətə başlasa da, bu az müddətdə bir çox uğurlara imza atıb, maraqlı layihələri ilə ictimaiyyətin dqqətini cəlb edib. Respublikamızda ilk dəfə jurnalistlər üçün tibbi müayinə keçirən tibb mərkəzi də məhz "Ankara" oldu. Onlarca jurnalistin yadında bu xeyirxah aksiyası ilə qalan tibb müəssisəsinin baş həkimi Zülfüqar Yusifov bu barədə danışır:
- Bu aksiyaya 2010-cu ilin dekabrın 20-də başladıq. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və onun rəhbəri Sevil Yusifovanın təşəbbüsü ilə başlanılan aksiyanın istər sosial yönümlü olması, istərsə də çox böyük ictimai əhəmiyyətli olması diqqətçəkən oldu. Aksiyada yazılı mətbuatın və elektron KİV-in nümayəndələrinin pulsuz müayinəsi həyata keçirildi. Bu müayinələrdə 400 nəfərə qədər jurnalist iştirak etdi. Bu ilin yanvar ayının sonuna kimi davam edən bu prosesdə ürəyin, daxili orqanların tam müayinəsi aparıldı, qanın analizləri edildi.
- Jurnalistlərin müayinəsi... Bu seçim, daha doğrusu bu peşə sahiblərinin seçimi ideyası haradan ağlınıza gəldi?
- Bayaq dediyim kimi, bu xeyirxah aksiyanın keçirilməsinin məhz jurnalistlərlə əlaqədar olması Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və onun rəhbəri Sevil xanımla bağlıdır. İdeyanı onlar verdi. Amma bir faktı da deyim ki, bu tipli aksiyalarımız əvvəllər də olub. Biz Bakının Nizami rayonu ərazisində yerləşirik. İlk bu cür xeyirxah aksiyamız yerləşdiyimiz ərazinin əhalisinin bir qismi ilə və ərazidə yerləşən müxtəlif məktəb müəllimləri ilə oldu. Sonra şəhid ailələri ilə belə bir aksiya keçirdik.
Sevil xanımdan da belə bir təklif alanda bu işə böyük razılıqla dəstək verdik. Jurnalistlərin cəmiyyətdəki rolu və yeri haqqında danışmaq fikrim yoxdur. Bu zümrəyə böyük qiyməti ulu öndərimiz Heydər Əliyev verib, bu peşənin necə çətin və şərəfli peşə olduğunu dahicəsinə qiymətləndirib. Ölkə Prezidenti cənab İlham Əliyevin jurnalistlərin dostu seçilməsi isə bizi bir daha sevindirdi. Mən hesab edirəm biz hər birimiz bu çətin peşə sahiblərinin dostu olmalıyıq.
Baş həkimlə bu qısa tanışlıqdan sonra tibb mərkəzində xəstələr üçün yaradılan şərait və xidmətlərlə maraqlanırıq. Birincisi, olduqca ciddi təmizlik qaydaları diqqəti cəlb edir. Bu təmizlik dəhlizlərdə, divarlarda və hər bir tibbi personalın görkəmində diqqəti cəlb edir. İkincisi, pasientlərə göstərilən qayğı və diqqət xüsusi qeyd olunmalıdır. Burada hər bir həkim və tibb bacısı müraciət edən xəstənin dərd-problemini sanki özününkü bilir. Çox sakit və təmkinlə aparılan müayinə və həkim məsləhətləri adamı çox razı salır. Öyrənirik ki, "Ankara" Tibb Mərkəzi 2 il əvvəl yaradılsa da burada çox ciddi və mükəmməl təcrübə keçmiş həkim kollektivi çalışmaqdadır.
Azərbaycanda ilk dəfə olaraq Türkiyənin məşhur universitet və xəstəxanalarında - Haccettepe Universiteti, Ankara Universiteti, Ankara Atatürk EAH, Ege Unversiteti, Gülhanə Hərbi Tibb Akademiyası, İstanbul Cerrahpaşa Xəstəxanası, Ankara Nümunə Xəstəxanası, Akay Xəstəxanasında təhsil və təcrübə keçmiş peşəkar həkimlər bu gün "Ankara" klinikasında çalışmaqdadırlar. Klinikada terapiya, kardiologiya, oftalmologiya, urologiya, qulaq-burun-boğaz, endokrinologiya, ginekologiya, stomatologiya, pediatriya, dermatologiya, kosmetologiya, revmatologiya, nevrologiya, vertebrologiya, fizioterapiya, ozonoterapiya, lazer terapiya, tam avtomatlaşdırılmış laboratoriya, radiologiya, kompyuter tomoqrafiya, ultrasəs müayinəsi, mammoqrafiya, rentgen, ümumi cərrahiyyə, plastik cərrahiyyə şöbələri fəaliyyət göstərməkdədir.
"Ankara" Tibb Mərkəzinin fizioterapiya şöbəsi Şərq və Qərb təbabətinin aparıcı metodlarını - Naftalan vannaları, iynəbatırma, hirudoterapiya, massaj, lazer terapiyası, membranlı plazmaferez, ozonoterapiya, ust, tens, traksion terapiya, infraqırmızı şüalar, elektoforez, parafin, diadinamik cərəyanlar - kombinə olunmuş şəkildə tətbiq edərək, unikal müalicə proqramları ilə müxtəlif xəstəliklərin müalicəsini təklif edir.
Klinikada bugünkü həyatımızda çox tez-tez rast gəldiyimiz dayaq hərəkət sistemi xəstəlikləri - osteoxondrozlar, fəqərə diski protruziya və yırtıqları, nevritlər, nevralgiyalar, artrozlar, müxtəlif mənşəli artritlər, bexterev xəstəliyi, padaqra, miozitlər və fibromialgiyalar, revmatoid artrit, aşağı ətraf arteriyalarının abliterasiyaedici aterosklerozu, endoartirtlər, aşağı ətraf venalarının varikoz genəlmələri, tromboflebit və dəri xəstəlikləri: psariaz, neyrodermitlər, ekzema, atopik dermatit tibb elminin müasir üsulları ilə müalicə olunur. Mərkəzdə dünya standartlarına cavab verən laboratoriya fəaliyyət göstərir.
* * *
"Ankara" Tibb Mərkəzindən yazı hazırladığımızı bilən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil xanım Yusifova zəng edib minnətdarlıq etdi və bildirdi ki, bu tədbirdə 400-ə yaxın mətbuat nümayəndəsi iştirak etdi. Jurnalistlərin aktivliyi yüksək səviyyədə oldu. Hətta heç bir tibbi müayinəyə ehtiyacı olmayanlar bu fürsətdən yararlanaraq özlərini yoxladır. Sevindirici haldır ki, müayinədən keçənlər sağlam çıxdı. "Ankara" Tibb Mərkəzinin heyəti jurnalistləri gülərüz və səbrlə qarşıladı. Burada mətbuat işçiləri ən yüksək səviyyədə, Avropa standartlarına uyğun laboratoriyalarda müxtəlif analizlər verdilər. Bu hal gələcək əməkdaşlığa yol açıb. Yəqin ki, jurnalistlər buradakı həkimlərə lazım olduqda əlaqə saxlayacaqlar.
Sevil xanım jurnalistlərlə bağlı növbəti tibbi tədbirin də olacağını bildirdi və söz verdi ki, bu barədə yaxın vaxtlarda daha ətraflı məlumat verəcəklər.

{nl}

***

{nl}

Baş həkim Zülfüqar Yusifov
* Azərbaycan Tibb Universitetinin məzunudur. Həkim-revmotoloqdur. 13 ildir bu sahədə çalışır. Müxtəlif klinikalarda - "İnam", "Loğman", "Naftalan" sağlamlıq mərkəzlərində salışıb. Son iki ildə "Ankara" Tibb Mərkəzində işləyir. Olduqca məsuliyyətli və tələbkardır. Yaxşı təşkilatçıdır. Məhz buna görədir ki, 13 illik həkim fəaliyyətinin demək olar ki, hamısını baş həkim kimi işləyib.
Türkiyənin, Avropanın və Rusiyanın müxtəlif klinika və universitetlərində tibbi ixtisasartırma kurslarında olub. Avropa Revmotoloqlar İttifaqının (EULAR) və Polşa Revmotologiya Assosiasiyasının təşkilatçılığı ilə Varşava şəhərində oynaqların ultrasəs müayinəsi kursunun iştirakçısıdır. Dünyanın 30-a yaxın ölkəsindən nümayəndənin iştirak etdiyi kursda Zülfüqar Yusifov tək azərbaycanlı olub.

{nl}

***

{nl}

Şəlalə Abdullayeva, ultrasəs həkimi
* Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1997-ci ildə respublika Diaqnostika Mərkəzində funksional-diaqnostika ixtisasına yiyələnib. Mütəmadi olaraq təkmilləşdirmə kursları keçib. 14 ilə yaxındır ki, ultrasəs həkimi kimi fəaliyyət göstərir.
Həkimlə söhbətində bildirdi ki, ultrasəs müayinəsi ilə pasiyentlərə düzgün diaqnoz qoyulması çox əhəmiyyətlidir. Bu müayinənin üstünlüyü insan orqanizmi üçün zərərsizliyinə (yəni bu üsulda şüalanma yoxdur), qısa müddətdə və dərhal aparılmasında, daxili və bir çox digər orqanlara dəqiq diaqnoz qoyulmasındadır. Ultrasəs müayinənin tibbdə tətbiqi bir çox xəstəliklərin vaxtında aşkarlanmasında böyük çevriliş etdi. Heç kəsə sirr deyil ki, xəstəliyin müalicəsi düzgün diaqnozdan başlayır. Düzgün, dəqiq qoyulmuş diaqnoz, xəstəliyin mərkəzinə vurulan sağalma nöqtəsidir. "Sağlam bədəndə sağlam ruh olar" atalar sözü əbəs yerə deyilməyib. Bədən üzvlərimiz bizə xidmət göstərir. Biz də onların qayğısına qalmağa borcluyuq. Heç olmasa ildə bir dəfə profilaktik məqsədlə müayinədən keçməyi məsləhət görürəm. Çünki, hər hansı xəstəlik vaxtında aşkar edilsə, onu müalicə etmək də asanlaşar". Şəlalə Abdullayeva digər fikirlərini də bizimlə bölüşdü. İnsanlara qidalanma rejimini düzgün qurmağı, zərərli qidalardan və vərdişlərdən (spirtli içkilərdən, siqaretdən, çox yağlı, acılı, duzlu, konservantlı, fast food qidalarından və s.) uzaq olmağı tövsiyə etdi.

{nl}

***

{nl}

Novruzova Aynur, həkim-oftalmoloq

{nl}

- 1992-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə - profilaktika fakültəsinə daxil olub, 1998-ci ildə həmin universiteti bitirmişəm. 1999-cu ildə 1 N -li Səhər Kliniki Xəstəxanada təcrübə kecərək oftalmoloq ixtisasi almışam. 8 il poliklinikada həkim oftalmoloq vəzifəsində calışdıqdan sonra 6 ay Mərkəzi Neftçilər xəstəxanasında təkmilləşmə kursu keçmişəm. Hazirda "Ankara" Tibb Mərkəzində həkim oftalmoloq vəzifəsində çalışıram.

{nl}

Göz çox mürəkkəb quruluşa malik möcüzələrlə dolu bir orqandir. O,kiçik və qaranliq bir kameraya bənzəyir. Deyirlər ki , "göz urəyin aynasıdır". Bu, əslində, dogrudan da belədir. Göz bütün bədənimizin aynasıdır. Göz yeganə orqandir ki, onda damar və sinirlər aydın səkildə görünür. Eyni zamanda, gozün rəngli (qüzehli) qişasi sanki bədənimizin xəritəsidir. Orqanizmdə baş verən patologiyaların çox hissəsi gözdə öz əksini tapir. Bəzi xəstəlikləri ilkin olaraq məhz oftalmoloqlar aşkar edir. Arterial hipertoniya, şəkərli diabet, böyrək xəstəlikləri, hamiləlikdə gecikmiş toksikozlar, qalxanabənzər vəz xəstəlikləri və s . bu xəstəliklər sırasına daxildir.Müasir oftalmologiyada müayinə üçün bir çox aparatlar kəşf edilmişdir. Bu aparatlar həkimə gözün ən görünməz hüceyrələrini belə görməyə imkan verir. "Ankara" Tibb Mərkəzi yuksək səviyyəli aparatura ilə təmin olunmuşdur. Burada gözün butun xəstəliklərinin müayinə və müalicəsi mövcuddur.

{nl}

Bilməliyik ki, insan ətraf mühitdən informasiyani 80% gözlərlə alır. Bu baxımdan gözlərimiz bizim üçün çox qiymətlidir. Hər bir görmə pozğunluğu zamanı vaxtında həkimə müraciət olunarsa, zəifliyi daha tez aradan götürmək mümkündür. Çünki bəzi hallarda əlimizdən alınan görmə geri qaytarılmır.

{nl}

 Namiq QƏDİMOĞLU,


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında