Xəstəliklər fonunda edilən əməliyyat uğurla nəticələnib

         Azərbaycan Tibb Universitetində (ATU) bir sıra xəstəliklərdən əziyyət çəkən 21 yaşlı hamilə qadın üzərində əməliyyat uğurla icra edilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasının mama-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, qadın ilk dəfə klinikaya  2015-ci ildə müraciət edib. O, 14 yaşından başlayaraq  kişi tipli tüklənmə, saç tökülməsi, dərinin yağlanması, o cümlədən çəki artıqlığı, halsızlıq, əzginlik, yorğunluq, yuxusuzluq,  əsəbilik, qəbizlikdən əziyyət çəkdiyini bildirib:  “Qeyd edim ki, qadın 15 yaşında sağ yumurtalığın sistinə görə, 2015-ci ildə isə qalxanabənzər vəzinin çoxsaylı düyünlü uruna (zobuna) görə total strumektomiya (qalxanabənzər vəzinin çıxarılması) əməliyyatı olunub. Əməliyyatdan sonra hormonal müalicə alsa da, şikayətləri keçməyib. Xəstənin şikayətlərinə uyğun klinik-laborator, hormonal və instrumental müayinələr aparılıb. Analizlərin nəticələrini tədqiq edərkən, qanda tireoidstimuləedici hormon və prolaktinin həddən ziyadə yüksək olması, insulinrezistentlik, qonadotrop hormonların aşağı olması aşkar edilib. Qadın hipofizin MRT müayinəsinə göndərilib və hipofizin makroadenoması aşkar edilib (şişin ölçüsü 9x-14x-17mm)”.

        Mama-ginekoloq deyir ki, neyrocərrah, oftalmoloqla məsləhətdən sonra qadına müalicə təyin edilib. 1 il sonra təkrar aparılan MRT müayinəsində makroadenoma aşkar edilməyib. Bu müddət ərzində qadının çəkisi azalıb, hormonal göstəricilər normallaşıb. Qadının arzusunu nəzərə alaraq hamiləlik planlaşdırılıb. Histerosalpinqoqrafiyada ikitərəfli boru keçməməzliyi aşkar edilib, qadın infeksiyalara görə müayinə olunub və genital vərəmi istisna etmək üçün ftiziatra göndərilib. Genital vərəm aşkar edildiyinə görə, müalicə təyin edilib. Müalicədən sonra qadında uşaqlıqdankənar boru hamiləliyi baş verdiyindən sağtərəfli tubektomiya əməliyyatı icra edilib.

        Həkimin sözlərinə görə, qadına yenidən müalicə təyin edilib, hormonal balans nizamlanıb, nəhayət, o, 2017-ci ilin mart ayinda hamilə qalıb: “Qadının keçirdiyi xəstəliklər hamiləliyin gedişinə təsirsiz ötüşməyib. Hamiləlik 35-36-cı həftəsində dölün bətndaxili inkişaf ləngiməsinə və Doppler göstəricilərinin dəyişməsinə görə kesar kəsiyi ilə sonlandırılıb. Əməliyyat uğurla başa çatıb, ana və övladı artıq evə buraxılıb.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında