Azərbaycanlı cərrahın metodikası ABŞ-da dərsliyə salınıb

     Plastik və rekonstruktiv cərrah, tibb üzrə elmlər doktoru, professor Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi üsul  ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə daxil edilib. ABŞ-ın Florida Tibb Kolleci Universitetinin (Jacksonville) dosenti, Çənə-üz cərrahiyyəsi  şöbəsinin rəhbəri,  mikrovaskilyar cərrahiyyənin direktoru, Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleblər. Praktiki yanaşma” dərsliyində Vaqif  Qələndərə məxsus xüsusi bölmə ayrılıb.

      Dərsliyin 20-ci fəslinə Vaqif Qələndərin yaratdığı “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bölmə salınıb. Burada azərbaycanlı cərrahın yaratdığı və artıq neçə illərdir ki, tətbiq etdiyi xüsusi metodikadan və onun tədrisindən bəhs olunur.

          Cərrahın sözlərinə görə, bu metod 1999-cu ildə səhiyyə  nazrliyinin və ATU nun xususi icazəsi  ilə Azərbaycan Məhkəmə Tibbi Ekspertizasının  morqunda yeni insan meyitləri üzərində aparılan araşdırmalardan sonra oz təsdiqini taparaq  canlı insanlarda tədbiq edilmişdir. Süd vəzinin və döş qəfəsi toxumalarının bərpası üçün yeni yanaşma ortaya qoyan üsul yaradılıb. 1999-cu ilin sentyabrın 29-da Quş adasında keçirilən ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresinə təqdim olunmuş bu ixtira 360 yenilik içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görülüb.

        Bu cərrahiyyə metodu dünyanın nüfüzlu jurnallarında dərc olunmuşdur. Yaponyada, Brazilyada, Çilidə, Türkiyədə, Koreyada, ABŞ-ın Florida ştatının qabaqcıl nüfuzlu klnikalarında cərrahiyyə əməliyyatları bu üsulla aparılır.

       Vaqif Qələndər Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası uzrə tələbələrin və rezidentlərin hazırlanması üçün ATU-da ilk dərslik və dərs vəsaitinin müəllifidir. Cərrahın özünə məxsus altı yeni cərrahiyyə üsulu, 78 elmi əsəri xarici ölkə jurnallarında nəşr olunub. O, bir çox müərkkəb əməliyyatlar, o cümlədən dirsəkdən qopmuş qolun 6-8 saatdan sonra təkrar yerinə replantasiyası əməliyyatını müvəffəqiyyətlə həyata kecirib. 30-dan çox xarici ölkədə elmi konfranslarda məruzəçi qismində iştirak edib. Bakıda 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv cərrahiyyə üzrə beynəlxalq konfransların bilavasitə təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvüdür.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında