Respublika Müalicəvi Diaqnostika Mərkəzi daha bir uğura imza atıb

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində fəaliyyat göstərən “Böyrək Xəstəlikləri və Transplantasiya Şöbəsində” çox nadir və mürəkkəb əməliyyat həyata keçirilib.

Mərkəzdən verilən məlumatda bildirilir ki, 48 yaşlı qadın xəstənin böyrəküstü vəzindəki törəmə qapalı yol ilə xaric edilib. Əməliyyatı icra edən mərkəzin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan qeyd edib ki, xəstəmiz bizə çox ciddi endokrinoloji problemlərlə müraciət etmişdi. Araşdırmalar zamanı müəyyən edildi ki, xəstənin sol böyrəküstü vəzində çox böyük törəmə var . Baxmayaraq ki, xəstə əvvəllər qarın boşluğunda müxtəlif açıq əməliyyatlar keçirmişdi, yenə də əməliyyatı laparoskopik yol ilə aparmağa qərar verdik.  Texniki cəhətdən çox mürəkkəb olsa da, əməliyyat uğurla bitirildi. Hal hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir.

Xatırladaq ki, RMDM nəzdində fəaliyyət göstərən “Böyrək Xəstəlikləri və Transplantasiya Şöbəsndə” urologiya və nefrologiyanın bütün sahələri üzrə professional xidmət göstərilir. Eyni zamanda mərkəzdə aparılan  mürəkkəb və unikal əməliyyatlar  xarici media və elmi nəşrlərdə də öz əksini tapıb. 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında