Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası bu dəfə Horadizdə və Cocuq Mərcanlıda

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Füzuli rayonunun Horadiz şəhərində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirir.

Mərkəzdən bildirilib ki, səhiyyə ocağının həyata keçirdiyi aksiyaların sayı gündən-günə artır və Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərir. Məqsəd həm pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək, eyni zamanda, göz xəstəliklərinə dair monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.

Qeyd edək ki, 2005-ci ildən indiyədək səyyar klinika respublikanın 90 rayon və şəhərində 125 aksiya keçirib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında