Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

Fevralın 2-də Səhiyyə Nazirliyində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Nazirlikdən bildirmişlər ki, tibb müəssisələrinin baş həkimlərinin və elmi-tədqiqat institutları direktorlarının iştirak etdikləri iclasda səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində son illər ərzində görülən işlər, aparılan islahatlar haqqında məlumat vermişdir.
Məlumatda bir sıra tibb müəssisələrinin əsaslı təmir, yaxud yeni tikilib istifadəyə verildiyi, onların maddi-texniki bazasının gücləndirildiyi, müasir tibbi avadanlıq, eləcə də dərman və qida ilə təchiz olunduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, hazırda əhaliyə verilən dərman preparatlarının siyahısının genişləndirilməsi nəzərdə tutulur.
Səhiyyə sistemində qan xidmətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlər haqqında danışan nazir bildirmişdir ki, bu gün qan problemi də həll olunur. Hazırda mərkəzləşdirilmiş qaydada stasionar tibb müəssisələri lazım olan qan və qan komponentləri ilə tam təmin olunur və bu proses sadələşdirilmiş qaydada həyata keçirilir.
Bildirilmişdir ki, görülən işlərin nəticəsində stasionarlarda çarpayılardan istifadə də yaxşılaşdırılmışdır. Əvvəlki illərlə müqayisədə il ərzində çarpayı 80-85 gün işləyirdisə, 2010-cu ildə həmin göstərici 203-ə çatmışdır ki, bu, çox böyük irəliləyişdir. Ötən il stasionarlara respublika üzrə 560 minədək xəstə müraciət etmişdir.
O.Şirəliyev kadr potensialının yaxşılaşdırılması istiqamətində sertifikatlaşdırma prosesini xüsusi vurğulayaraq, artıq bu sahədə uğurlu nəticələrin əldə olunduğunu qeyd etmişdir.
Əldə olunan uğurlarla yanaşı, problemlərdən də danışan nazir, xəstələrlə davranış qaydalarına xüsusi diqqət və qayğı göstərilməsinin, şikayətlərin aradan qaldırılması üçün bütün lazımi tədbirlərin vaxtında görülməsinin, xəstələrin müalicə işinin protokollara əsasən aparılmasının zəruriliyini önə çəkmişdir. Nazir həmçinin xəstəxanalarda sanitariya-epidemioloji rejimə nəzarətin gücləndirilməsi, səliqə-sahmana, təmizliyə və nizam-intizam qaydalarına riayət olunmasının vacibliyini vurğulamışdır.
Son vaxtlar şikayətlərin əsasını əvvəllər olduğu kimi, müalicə və müayinə işləri deyil, həkimlik peşəsinə xələl gətirə biləcək diqqətsizlik, qayğısızlıq, bəzi hallarda hətta səhlənkarlıq məsələləri təşkil edır.
Belə hallara qarşı barışmaz mübarizə aparılmasının vurğulandığı iclasda nazirliyin struktur bölmələrinin rəhbərlərinə xəstəxanaların fəaliyyətinin ciddi nəzarətdə saxlanılması, mütəmadi reydlərin aparılması, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün konkret tədbirlərin görülməsi tapşırılmışdır.
Nazir çıxışının sonunda vurğulamışdır ki, sadalanan nöqsanların aradan qaldırılması üçün təkcə tibb müəssisəsinin rəhbərliyi deyil, vəzifəsindən asılı olmayaraq, hər bir kəs səy göstərməli, əlindən gələni əsirgəməməlidir. Yalnız bu zaman istənilən nəticələri əldə etmək mümkündür.
* * *
Səhiyyə nazirinin müavini, respublikanın baş dövlət sanitariya həkimi tərəfindən dövlət sanitariya-epidemioloji nəzarəti zamanı Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 2002-ci il 28 sentyabr tarixli sərəncamının icrasının vəziyyətinə həsr olunmuş müşavirə də keçirilmişdir.
Müşavirədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) və Bakı şəhərinin rayon gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri iştirak etmişlər.
Qeyd olunmuşdur ki, ötən il sanitariya-epidemioloji xidmət qurumları tərəfindən ölkə əhalisinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir. Lakin bununla yanaşı, yerli sanitariya nəzarəti orqanları tərəfindən bir sıra hallarda nöqsanlara yol verildiyi, sahibkarlıq subyektlərinin fəaliyyətinə lüzumsuz müdaxilələrin edildiyi, qanunsuz yoxlamaların aparıldığı və s. vurğulanmışdır.
Tədbirdə RGEM-in sanitariya-epidemioloji şurasında məsələyə baxılması və bu sahədə nöqsanlara yol vermiş məsul şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.
Bundan əlavə, respublikanın rayonlarında, o cümlədən Bakı şəhərində Dövlət Sanitariya-Epidemioloji Nəzarət Xidmətinin fəaliyyətinin araşdırılması məqsədilə monitorinqin aparılması və lazımi tədbirlərin həyata keçirilməsi də tapşırılmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında