Bakıda II Azərbaycan-Almaniya Cərrahiyyə Günləri

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuşdur.
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində keçirilən tədbirin açılışında bu mərkəzin direktoru, akademik Böyükkişi Ağayev, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları tədbirin əhəmiyyətindən və ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyədə də sürətli inkişaf müşahidə olunur. Paytaxtda və regionlarda yeni tibb müəssisələri tikilir, xəstəxanalar əsaslı təmir edilir, müasir texnologiyalarla təchiz olunur.
Almaniyanın Heydelberq Universitetinin Mannheim cərrahlıq klinikasının direktoru Stefan Post və başqaları çıxış edərək, Azərbaycanda səhiyyə sahəsinin sürətlə inkişaf etdiyini bildirmiş, bu tədbirin Azərbaycanla Almaniya arasında səhiyyə sahəsindəki əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcəyini vurğulamışlar.
Məlumat verilmişdir ki, cərrahiyyə günləri çərçivəsində Almaniyanın tanınmış cərrahlarının iştirakı ilə qaraciyər, öd və öd yolları, mədə, bağırsaq, mədəaltı vəz və sair xəstəliklərdən əziyyət çəkən xəstələr üzərində cərrahiyyə əməliyyatları aparılacaqdır. İştirakçılara əməliyyatları canlı izləmək imkanı yaradılacaqdır.
Tədbirdə respublikamızın müxtəlif klinikalarında çalışan cərrahlar, endoskopistlər və tibb bacıları üçün məruzələrin, treninqlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
II Azərbaycan-Almaniya Cərrahiyyə Günləri fevralın 3-dək davam edəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında