Dünya Görmə Günündə 100-dən yuxarı gözdən əlil müayinə olunub

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımovun təşəbbüsü ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyində aksiya keçirilib. Tədbirin məqsədi göz xəstəlikləri ilə mübarizənin yollarını göstərmək,  maarifləndirmə işləri aparmaq və  problemlə üzləşənlərin müayinə və müalicəsini təmin etmək idi. 13 oktyabr – Dünya Görmə Gününə həsr edilmiş aksiyada 100-dən yuxarı gözdən əlil müayinə olunub və onlardan ehtiyacı olanlara eynəklər verilib.

Tibb üzrə fəlsəfə doktoru, Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Yazgül Abdıyeva bildirdi ki, kollektiv vaxtaşırı həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, xəstələri müayinə və müalicə edir. Mərkəzin Gəncə və Masallı filiallarında, o cümlədən səyyar xidmətlər nəticəsində hər ay onlarca gözdən əlil müayinə və müalicə olunur. Təşkil edilən bu aksiya da həmin tədbirlər çərçivəsində reallaşdırılıb. Statistik məlumatlara əsasən, dünya əhalisinin 4 faizi ciddi görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir. Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına görə, hazırda dünyada təqribən 300 milyona qədər insanın gözlə bağlı problemləri vardır. Onların 40  milyonu görmə qabiliyyətini tamamilə itirənlərdir.

Təəssüflə qeyd edək ki, görmə problemləri olan insanların 19 milyonu uşaqlardır və onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri ilə üzləşən insanların sayı 45 min nəfər artır. Oftalmoloqlar tərəfindən korluqla mübarizə durmadan davam etdirilərsə, dünya əhalisinin 80 faizində korluğun qarşısı alına bilər. Gözlərin vaxtında müayinəsi və eynəklərlə təminat nəticəsində Yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər.

Y. Abdıyeva bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı sadalananların reallaşacağını mümkün hesab edir və 2020-ci ilə qədər qeyd olunanların həyata keçirilməsi gözlənilir. Azərbaycanda da korluq və görmə qüsurlarının qarşısının alınması üçün dövlət səviyyəsində mühüm tədbirlər görülür. Yüksək standartlara cavab verən klinikalarımız, xəstəxanalarımız, peşəkar həkimlərimiz bu problemin həlli yolunda fəaliyyət göstərir.

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmyar Abdullayev ölkəmizdə gözdən əlillərə qayğı ilə yanaşıldığını bildirib. O qeyd edib ki, bütün bunlar, əlbəttə ki, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlil vətəndaşlara göstərdiyi diqqət, qayğı və ehtiramın bariz nümunəsidir.

Zərifə HÜSEYNOVA,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında