“Dünyanı aydın və gözəl görək!” sosial aksiyası

“Azərbaycan Sənaye Sığorta” ASC və Avropada məşhur göz klinikası olan “Dünya Göz Azərbaycan”nın birgə təşkilaştılığı ilə sosial aksiya keçirilib.

Bilik günü ərəfəsində 4 nömrəli Respublika Xüsusi İnternat məktəbində keçirilən aksiyada valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikası aparılmış, onların müayinəsini təşkil edilmişdir.

“Dünyanı aydın və gözəl görək!” şüarı altında keçirilən aksiyada sağlamlıq imkanları məhdud olan uşaqlara “Dünya Göz Azərbaycan” klinikasının təcürbəli həkimləri tərəfindən pulsuz tibbi xidmət göstərilmişdir. Uşaqların görmə qabiliyyəti yoxlanmış, göz şişginliyi, göz sulanması, çəpgözlük, katoraktal virus kimi infeksiyalar xüsusi aparatlar vasitəsi ilə müayinə edilmişdir.

Sonda aksiyanın təşkilatçıları uşaqlarla xatirə şəkili çəkdirmişlər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında