Ani eşitmə itkiləri karlığa səbəb ola bilər

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ani eşitmə itkiləri zamanı ilk üç gün ərzində müdaxilə edilmədikdə, qalıcı karlığa çevrilə bilər.

Qeyd edək ki, eşitmə pozuntularının və eşitmə ilə əmələ gələn problemlərin bir sıra səbəbləri ola bilər. Bunlara qulaq seyvanın olmaması, xarici qulaq yolunun anadangəlmə qapalı olması, qulaq pərdəsinin zədələnməsi, qulaq pərdəsinin çökməsinə səbəb olan xəstəliklər, yüksəs səs travmaları, eşitmə sinirinin problemləri, eşitmə siniri və beyindəki eşitmə mərkəzinin xəstəlikləri kimi bir sıra problemlər aiddir. Eşitmə ilə əlaqəli yaranan pozuntular dərman müalicəsi evə ya cərrahi müdaxilə ilə aradan qaldırıla bilər.

Orta qulağın xroniki iltihabı, qulaq pərdəsi və sümükcüklərin problemləri zamanı cərrahi müalicə aparılır. Əməliyyatın müvəffəqiyyəti qulaq strukturlarının zədələnmə dərəcəsi ilə mütənasibdir. Əsasən uşaqlarda rast gəlinən və qulaq pərdəsinin çökməsinə səbəb olan orta qulaq xəstəliklərində, qulaq pərdəsinə kiçik borucuq taxmaqla müalicə edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında