Hər kəs canlıların taleyi üçün məsuliyyət daşıyır

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ofisində “Canlı Aləm və Etika” mövzusunda mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, "Alyans" İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə çıxış edərək təşkilatın heyvanların müdafiəsi sahəsində gördüyü işlərdən bəhs edərək bildirib: “Yaşadığımız dünyada müxtəlif problemlərin olması heç kəs üçün yenilik deyil. Həmin problemlərin birinin o birindən daha aktual olmasını hər birimiz müxtəlif sıralamalar ilə göstərə bilərik. Amma həqiqət tam başqadır. Bütün bəşəri cəmiyyətlərdə yalnız bir problem mövcuddur, o da ətraf mühit və ona münasibətdə etikadır. Bütün cəmiyyətlərdə birinci dərəcəli problem kimi ekologiya və canlılar aləminin rifahı durur. Çünki təbiət və heyvanlar aləmi qlobal səviyyədə ümumi həyat resursudur. Dünyanın davamlı olması üçün isə onun hər bir canlının rifahının bütün cəmiyyətlərdə eyni səviyyədə qorunması tələbi ortaya çıxır.

Evsiz heyvanlar problemi hazırda ölkəmizdə ən aktual problemlərdən biridir. Təəssüf ki, cəmiyyətimiz köməyə ehtiyacı olan fauna üzvlərinə laqeyd yanaşır. Bəzi qurumlar isə öz səlahiyyətlərindən sui-istifadə edərək həmin heyvanlara işgəncə verir, onları yaralayır, müxtəlif üsullarla ovlayıb Balaxanı qəsəbəsində yerləşən ərazidə əzablı şəkildə ölümə məhkum edirlər. Təşkilatımız son bir il ərzində evsiz heyvanların xilası üçün xeyli işlər görüb. Heyvanlardan 100-dən çoxunu müalicə və peyvənd edərək həyata qaytarmağa nail olmuşuq”.

Son zamanlar sosial şəbəkələrdə heyvanlara verilən işgəncələr barədə danışan təşkilat sədri həmin insanların humanizm, mərhəmət hisslərindən məhrum olduğunu vurğulayıb.

Digər heyvansevər təşkilatların nümayəndələri sahibsiz heyvanlara qarşı cəmiyyətin biganə münasibətini qətiyyətlə pisləyib, hər kəsi vəfalı dostlarımızın müdafiəsinə səsləyiblər. Onlar İDEA təşkilatının rəhbəri Leyla Əliyevanın canlılar aləminin qorunması sahəsində atdığı addımları müsbət qiymətləndiriblər.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

AZERTA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında