Arif Heydərov adına Respublika Hospitalında yeni şöbə və mərkəzin açılışı olub

İyulun 4-də Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının hemodializ şöbəsinin və həmin idarənin Gigiyena və Epidemiologiya Mərkəzinin yeni tikilmiş binasının açılışına həsr olunmuş mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rəmzi qırmızı lent kəsildikdən sonra daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və iştirakçılar yeni şöbə və mərkəzdə yaradılan şəraitlə tanış olublar.

DİN Maddi-Texniki Baş İdarəsinin rəisi, general-mayor Elçin Həsənov və Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov binanın birinci mərtəbəsində yerləşən hemodializ şöbəsinin qeydiyyat sektoru, hemodializ zalı, palata, əməliyyat və tibbi personal üçün ayrılmış otaqlar haqqında məlumat veriblər.

Qeyd olunub ki, bura beynəlxalq standartlara cavab verən ən müasir texnika, avadanlıq və hermetik qapılarla təchiz olunub. Xəstələrin müayinə və müalicəsi, eyni zamanda, tibbi heyətin rahat fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Sonra tədbir iştirakçıları binanın ikinci mərtəbəsində yerləşən Gigiyena və Epidemiologiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotoguşə, saxlanc-server, analizlərin yığılması və qəbulu otaqları, həmçinin bakterioloji laboratoriyada olublar. Bildirilib ki, laboratoriya ən müasir tibbi avadanlıqla təchiz edilib. 

Mərkəzlə tanışlıqdan sonra nazir müavini İsmət Əliyev tibbi heyətlə görüşüb, yeni binanın istifadəyə verilməsi münasibətilə DİN rəhbərliyi adından kollektivi təbrik edib. Diqqətə çatdırılıb ki, cəmi bir il ərzində ərsəyə gələn bina ən yüksək standartlara cavab verir. Əsas məqsəd daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə keyfiyyətli, beynəlxalq standartlara cavab verəcək tibbi xidmətin göstərilməsi, xəstəliklərin vaxtında aşkar edilməsidir. Yeni mərkəzin fəaliyyətə başlaması ilə burada bütün növ analizlərin həyata keçirilməsi mümkün olacaq və xəstələrin xarici ölkələrə göndərilməsinə ehtiyac qalmayacaq. Bütün bunlar daxili işlər orqanları əməkdaşlarına ölkə və DİN rəhbərliyinin diqqət və qayğısının nəticəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında