ATU-nun insan anatomiyası kafedrası beynəlxalq əlaqələri genişləndirir

Bu günlərdə Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, tibb üzrə elmlər doktoru, professor Vaqif Şadlinski və həmin kafedranın professoru, tibb üzrə elmlər doktoru Balakişi Hüseynov Rusiya Federasiyasının (RF) Voronej şəhərində keçirilən “İnsan anatomiyası fənninin tədrisinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmişlər.

Onlar həmçinin Beynəlxalq Anatom, Histoloq və Embrioloqlar (BAHE) Elmi-Tibbi Cəmiyyətinin rəyasət və idarə heyətlərinin genişləndirilmiş plenum iclaslarında çıxış edərək, öz mülahizələrini söyləmiş, fikir mübadiləsi aparmışlar. Plenumun işində BAHE Elmi-Tibbi Cəmiyyətinin prezidenti, A.İ.Uvdokimov adına Moskva Dövlət Tibbi-Stomatologiya Universitetinin insan anatomiyası kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki L.L.Kolesnikov, Beynəlxalq Morfoloqlar Assosiasiyasının fəxri prezidenti, Tver Dövlət Tibb Universitetinin anatomiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvi, professor D.V.Bajenov, BAHE Elmi-Tibbi Cəmiyyətinin vitse-prezidenti, Qidalanma, Biotexnologiya və Qida Təhlükəsizliyinin Federal Tədqiqat Mərkəzinin direktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvi, professor D.B.Nikityuk, N.N.Burdenko adına Voronej Dövlət Tibb Universitetinin rektoru, professor İ.E.Esaulenko, həmin universitetin insanın normal anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru N.T.Alekseyeva və digərləri iştirak etmişlər.

Elə həmin gün professor N.T.Alekseyeva Bakıdan gəlmiş həmkarı ATU-nun insan anatomiyası kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki, professor V.B.Şadlinskinin həmmüəllifliyi ilə Voronejdə nəfis şəkildə çap olunan “Həzm və tənəffüs sistemi orqanlarının divarlarının çoxhüceyrələri vəziləri (Morfologiyanın funksional məsələləri)” adlı 278 səhifəlik monoqrafiyanı həmkarı – Azərbaycan alimi, professor V.B.Şadlinskiyə təqdim etmişdir. Monoqrafiyada professor V.B.Şadlinskinin rəhbərliyi altında yerinə yetirilən Azərbaycan alimlərinin elmi-tədqiqat işlərindən professor N.T.Mövsümovun, professorlar M.Q.Allahverdiyevin, B.M.Hüseynovun, tibb üzrə elmlər doktoru G.A.Hüseynovanın, baş müəllim Z.R.Seyidovanın, baş müəllim Ü.T.Cəfərovanın, assistent N.R.Cabbarovanın, assistent T.M.Qasımovanın işlərinə geniş istinadlar edilibdir.

Sonda müəllif çıxış edərək Azərbaycan Tibb Universitetinin və Rusiya Federasiyasının Voronej şəhərindəki ali tibb təhsili müəssisəsinin insan anatomiyası kafedraları arasındakı beynəlxalq əlaqələrin bundan sonra da möhkəmlənməsini arzulamışlar.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında