Tibb işçilərinin peşə bayramı qeyd olunub

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il  iyunun 4-də imzaladığı  sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri xiyabanda  xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də əklil qoyulub, gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Ziyarətdən sonra Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilmiş kollegiya iclası keçirilib. İclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış elm və tibb elmi xadimləri iştirak ediblər.

Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara vacib və nəcib peşələrində uğurlar arzulayıb: “Artıq 16 ildir ki, ulu öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı sərəncamla Tibb işçiləri günü qeyd olunur.  Bu tarix həm də rəmzi bir məna daşıyır. Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyi məhz 17 iyun tarixində təşkil olunub.”

Nazir öz çıxışında səhiyyənin tarixinə nəzər salaraq qeyd edib ki, keçən əsrin əvvəllərində Azərbaycanda demək olar ki, çox az həkim tapılırdı. Azərbaycan Demokratik Respublikasının vaxtında Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsi yaradılıb. Həmin fakültənin ilk buraxılışında məzunlardan cəmi 5-i azərbaycanlı idi. Sonralar isə həmin fakültənin əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb, tibb müəssisələri, poliklinikalar tikilməyə başlayıb. Hələ o dövrlərdə cərəyan edən müxtəlif infeksiyaların, epidemiyaların qarşısının almaq üçün  müxtəlif tədbirlər görülüb. Elə həmin dövrlərdə  tanınmış tibb işçiləri, alimlər fəaliyyət göstərirdilər. Onlardan Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Kamal Balakişiyev, Əbülfəz Qarayev, Emin Əfəndiyev və s. sovetlər birliyində çox tanınan və böyük hörmətə sahib olan tibb xadimləri idilər. Onların təhqiqatları o dövrün dərslik və monoqrafiyalarında öz əksini tapıb.

Nazir Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı  inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib.  Qeyd olunub ki, əksər böyük  tibb müəssisələri məhz Heydər Əliyevin hakimiyyəti dövrlərində tikilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar tikilib əhalinin istifadəsinə verilib. Müdrik  siyasətçinin rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər xaricə göndərilir, öz peşə və bacarıqlarının inkişaf etdirib Vətənə qayıdırdılar. Ölkəmizdə müxtəlif  konfrans və simpoziumlar keçirilirdi. Ümummilli liderin beynəlxalq aləmdəki nüfuzu sayəsində ölkəmizə çoxlu  zərdab və peyvəndlər gətirilir, müxtəlif kompaniyalar təşkil edilirdi.

Nazir qeyd edib ki, ulu öndərin başladığı kurs bu gün də bu siyasi kurs çox uğurla davam edir. Son illər ərzində 600-dən artıq tibb müəssisəsi, diaqnostika mərkəzləri tikilib istifadəyə verilib. Yüzlərlə gənc mütəxəssis Avropanın ən böyük tibb müəssisələrinə təkmilləşmə kurslarına göndərilir.

Əvvəllər ürək əməliyyatları, orqan və sümük iliyi transplantasiyası, müxtəlif göz əməliyyatları və  digər mürəkkəb cərrahi prosedurlar üçün   xaricə üz tuturdularsa, bu gün  həmin ən əməliyyatlar nəinki paytaxtda, ayrı-ayrı   regionlarda da uğurla icra edilir.

Nazir səhiyyənin uğurlarından danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd edib. Heydər Əliyev Fondunun prezidenti insanlara hər sahədə öz yardımını göstərib və məhz onun təşəbbüsü ilə yaradılan Talassemiya mərkəzi səmərəli fəaliyyət göstərir.

Dövlətimiz yeni nəslin sağlamlığı üçün də çox vacib və gərəkli  addımlar atır. Son vaxtlar qəbul edilmiş dövlət proqramlarını buna misal göstərmək olar.

Daha sonra  nazir Prezident  İlham Əliyevin tibb işçilərinin peşə bayramı münasibətilə imzaladığı sərəncama əsasən, səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar həkim” və “Əməkdar müəllim” fəxri adlarına, “Tərəqqi” medalına layiq görülən sağlamlıq keşikçilərini, eləcə də “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri fərmanla təltif olunanları  təbrik edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında