“Avrasiya” hospitalı respublika kardioloqlarını bir yerə topladı

Qәlbimiz sevincdәn çırpına bilәr, hәtta kәdәrdәn, hiss hәyәcandan da. Amma müәyyәn bir müddәtә. Bәzәn sakitlikdә istirahәt etdiyimiz anlarda ürәyimiz döyünәr, bizi şübhәyә salar. "Avrasiya" hospitalının tәşәbbüsü ilә keçirilәn kardioloqların toplantısı belә hallarda müraciәt edәcәyimiz ünvanları açıqlayıb.

 Burada keçirilәn maariflәndirici tәdbirә respublikanın müxtәlif bölgәlәrindәn 200 nәfәrdәn çox kardioloq vә terapevt qatılıb. Media işçilәrinin dә marağını çәkәn konfransda Türkiyәnin Gülhanә Tibb Akademiyasının professoru Ata Kırılmaz, Avrasiya hospitalının kardioloqu Rasim Cәfәrov, aritmoloq Günay Rәhimova mәdәcik taxikardiyasına müasir yanaşma, ürəyin işemik xəstəlikləri, erkən və qəfil ölüm hallarının səbəblərindən danışmış, icra olunan əməliyyatlardan konkret misallar çəkmiş, həmçinin mәdәcik ektrasistoliyası ablasiyası olunmuş xәstәlәrin hәyatının uğurlu davamından da bəhs etmişlər.

 Avrasiya hospitalında 2 il әvvәl yaradılmış aritmologiya mәrkәzinin fәaliyyәtinin gәlәcәkdә daha da genişlәndirilәcәyi bildirilmişdir. Çıxış edәnlәr konfrans iştirakçılarının suallarını cavablandırmışlar.

 Qabil ƏLİYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında